16-18 yaş qrupu üçün sosial mediadan istifadə qaydası müəyyən olunur
16-18 yaş qrupu üçün tamamilə fərqli, daha çevik, lakin nəzarətli bir mexanizm müəyyən edilir.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” layihəsinin müzakirəsində İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Komitə sədri diqqətə çatdırıb ki, bu yaş qrupundakı yeniyetmələr platformada hesab yarada bilər: “Amma bu, yalnız qanuni nümayəndələrinin – valideynin açıq razılığı ilə ediləcək. Qanun layihəsində 16-18 yaş arası uşaqların fərdi hesablarında sonsuz sürüşdürmə, avtomatik video oynatma kimi manipulyativ dizayn texnikalarından istifadəyə yol verilmir. Yəni, texnoloji şirkətlərə çox güclü bir tələb qoyulur, Azərbaycanda biznes etmək istəyirsinizsə, uşaqlarımızın psixologiyasını istismar etməyə ixtiyarınız yoxdur. Layihə, yaş yoxlama məqsədi ilə toplanan fərdi məlumatların – bank kartı, e-poçt, mobil nömrə məlumatlarının – kənar şəxslərə ötürülməsini, kommersiya məqsədi ilə istifadəsini qəti qadağan edir. Provayderlərin hər il yanvarın 15-dək dövlət qurumlarına hesabat təqdim etməsi tələbi məsuliyyətin institutsional formada qoyulmasıdeməkdir. Şirkətlər artıq Azərbaycandakı fəaliyyətlərini gizlədə bilməyəcəklər. Qanun müddəalarına riayət etməyən vəzifəli və hüquqi şəxslər cərimə ediləcəklər. İkincisi, platforma məsuliyyətidir. Üçüncüsü, valideynlərə uşaqlarının rəqəmsal həyatı üzərindəki nəzarət hüququ qanuni formada verilir. Norma, ailə institutu baxımından son dərəcə qiymətlidir”.
Oxşar xəbərlər
Azərbaycanda sosial media platformalarına qoşulma yaşının 16-dan başlanması təklif olunur
Zahid Oruc: Azərbaycanda valideynlərin 90,5%-i uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsini dəstəkləyir
Zahid Oruc: Zəfər Konstitusiyasının qəbul olunması mümkündür
Komitə sədri: İnsan alverinə qarşı mübarizə insan hüquqlarının müdafiəsi sahəsində əsas istiqamətlərdən biridir
Parlamentin komitə sədri sərhəd kəndlərində əhaliyə güzəştləri vacib sayıb, bağça probleminə diqqət çəkib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
-
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
-
"Şamaxı" klubu Həbib İsmayılovla yeni müqavilə bağlayıb
-
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların vəziyyəti yaxşıdır
-
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
