Britaniyada xarici dövlətlərlə əlaqəli təşkilatlara qarşı yeni qanun layihəsi təqdim olunub
Böyük Britaniya hökuməti xarici dövlətlərin düşmən fəaliyyətlərinə qarşı mübarizə sahəsində Daxili İşlər Nazirliyinin səlahiyyətlərini genişləndirən qanun layihəsini parlamentə təqdim edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə hökumətin rəsmi informasiya portalında yayılan açıqlamada bildirilir.
Qanun layihəsi parlament tərəfindən təsdiqlənərsə, gələn aydan qüvvəyə minə bilər.
Yeni qaydalara əsasən, Böyük Britaniyada qadağan olunmuş təşkilatlara dəstək verməyə, onların fəaliyyətini təbliğ etməyə və ya yardım göstərməyə görə cinayət məsuliyyəti sərtləşdiriləcək.
Xarici dövlətlərlə əlaqəli bu cür qurumlar “xarici kəşfiyyat xidməti” kimi qiymətləndiriləcək.
Belə fəaliyyətlərə görə cəza müddəti 14 ilədək azadlıqdan məhrumetmə ola bilər.
Oxşar xəbərlər
Britaniyada DİN-in düşmən fəaliyyətinə qarşı mübarizə səlahiyyətləri genişləndirilir
Britaniyada DİN-in düşmənçilik fəaliyyətinə qarşı mübarizə səlahiyyətləri genişləndirilir
Almaniya hökuməti hərbi satınalmaların sürətləndirilməsi ilə bağlı qanun layihəsini dəstəkləyib
Rusiyada qanunsuz miqrasiya ilə bağlı 4 yeni qanun qəbul edilib
Gürcüstanda “xarici agentlər” qanunu sərtləşdirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
-
"Neftçi" iyunun 10-da Bakıda toplaşacaq, daha sonra Sloveniyaya yollanacaq
