"Axios": ABŞ İrana üçüncü hücum dalğasına başlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2026
06:00
ff aaaaaaa

"Axios": ABŞ İrana üçüncü hücum dalğasına başlayıb

10 in, 2026
06:00
933

"Axios": ABŞ İrana üçüncü hücum dalğasına başlayıb

ABŞ-nin hərbi qüvvələri İrana üçüncü hücum dalğasına başlayıb.

"Report"un xəbərinə görə, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində ABŞ administrasiyasının rəsmisinə istinadən bildirib.

Jurnalistin sözlərinə görə, hazırda üçüncü hücum dalğası həyata keçirilir. O, daha əvvəl İranda hava hücumundan müdafiə sistemlərinə və radarlarına ikinci hücum dalğasının başlandığını bildirib.

Çərşənbə axşamı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində "Apache" helikopterinə edilən hücuma cavab olaraq İrana hücumların başladığını elan edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul