WP: Tramp Milli Təhlükəsizlik Agentliyinin direktorunu vəzifəsindən azad edib
sizinxeber.az xəbər saytı

WP: Tramp Milli Təhlükəsizlik Agentliyinin direktorunu vəzifəsindən azad edib


ABŞ Prezidenti Donald Tramp Milli Təhlükəsizlik Agentliyinin (MTA) direktoru Timoti Honu vəzifəsindən azad edib.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

“ABŞ-nin iki fəaliyyətdə olan və bir keçmiş məmurunun sözlərinə görə, cümə axşamı güclü telefon dinləmə və kibercasusluq xidməti olan Milli Təhlükəsizlik Agentliyinin direktoru vəzifəsindən azad edilib. Rəsmilərin sözlərinə görə, həmçinin ABŞ Kiberkomandalığına başçılıq edən general Timoti Ho MTA-dakı mülki müavini Vendi Nobl ilə birlikdə işdən azad edilib”, – qəzet qeyd edib.

Nəşr bildirib ki, Nobl müdafiə nazirinin kəşfiyyat üzrə müavini ofisinə köçürülüb. MTA-nın müvəqqəti direktoru vəzifəsinə general-leytenant Uilyam Hartmann təyin edilib, o, işdən çıxarılmış Honun Kiberkomandalıqda müavini olub.

Oxşar xəbərlər

Tramp Milli Təhlükəsizlik Agentliyinin direktoru vəzifəsindən azad edib
KİV: ABŞ Milli Təhlükəsizlik Şurasının bir neçə direktoru vəzifəsindən azad edilib
Tokayev Terrorla Mübarizə və Xarici Kəşfiyyat Xidmətlərinin rəhbərlərini vəzifədən azad edib
ANAMA sədrinin birinci müavini vəzifəsindən azad edilib
General Cavad Qasımov vəzifəsindən AZAD EDİLDİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər