Qızılın qiyməti 23 martdan bəri ilk dəfə 4 250 dollardan aşağı düşüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2026
07:30
0
0
1 114
ff aaaaaaa

Qızılın qiyməti 23 martdan bəri ilk dəfə 4 250 dollardan aşağı düşüb

10 in, 2026
07:30
1 114

Qızılın qiyməti 23 martdan bəri ilk dəfə 4 250 dollardan aşağı düşüb

Nyu-Yorkun "Comex" birjasında 2026-cı ilin avqust ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti 23 martdan bəri ilk dəfə troya unsiyası üçün 4 250 dollardan aşağı düşüb.

"Sizinxeber.az" xəbər verir ki, bunu ticarət platformasının məlumatları göstərir.

Bakı vaxtı ilə saat 03:23-ə olan məlumata görə, qızılın qiyməti 2,66 % azalaraq troya unsiyası üçün 4 247,2 dollar təşkil edib.

Saat 03:28-ə (Bakı vaxtı ilə -red) olan məlumata görə, eniş yavaşlayıb və fyuçers müqaviləsinin qiyməti unsiyası üçün 4247,7 dollar (-2,65%) təşkil edib.

Xatırladaq ki, "Comex" birjasında 2026-cı ilin aprel ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti 2 fevral 2026-cı ildən bəri ilk dəfə troya unsiyası üçün 4 450 dollardan aşağı olub.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul