SEPAH: ABŞ-nin "MQ-9 Reaper" təyyarəsi vurulub və bölgədəki bazalarına zərbələr endirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2026
08:30
0
0
1 181
ff aaaaaaa

SEPAH: ABŞ-nin "MQ-9 Reaper" təyyarəsi vurulub və bölgədəki bazalarına zərbələr endirilib

10 in, 2026
08:30
1 181

SEPAH: ABŞ-nin "MQ-9 Reaper" təyyarəsi vurulub və bölgədəki bazalarına zərbələr endirilib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran ərazisi üzərində Amerikaya məxsus "MQ-9 Reaper" pilotsuz təyyarəsinin vurulduğunu və ABŞ-nin bölgədəki obyektlərinə raket zərbələri endirildiyini elan edib.

"Report"un məlumatına görə, SEPAH-ın bəyanatını "Tasnim" xəbər agentliyi yayıb.

SEPAH-ın məlumatına görə, Hərbi Dəniz Qüvvələri Buşehr əyalətindəki Cəm dairəsi səmasında "MQ-9 Reaper" pilotsuz təyyarəsini vurub. Həmçinin ABŞ-nin regiondakı hərbi bazalarındakı 21 hədəfə zərbələr endirilib.

Bundan əlavə, SEPAH-ın Aerokosmik Qüvvələri uzun mənzilli bərk yanacaqlı raketlərdən istifadə edərək İordaniyadakı Əl-Əzraq aviabazasındakı F-35 qırıcı təyyarələrinin anqarları da daxil olmaqla dörd hədəfi vurub.

SEPAH İranın hərbi qüvvələrinin hər hansı yeni təcavüzə sarsıdıcı və qətiyyətli cavab verməyə hazır olduğunu vurğulayıb və nəticələrə məsuliyyəti ABŞ-nin üzərinə atıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul