AKTA: Azərbaycanda kibertəhlükəsizlik şirkətlərinin sayının artırılması prioritetdir
Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin inkişafı, yerli şirkətlərin və mütəxəssislərin sayının artırılması prioritet istiqamətlərdən biridir.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədr müavini Rauf Cabbarov Bakıda keçirilən “IV Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı bildirib.
O bildirib ki, 2022-ci ildə ölkə üçün mühüm əhəmiyyət kəsb edən dövrdə AKTA-nın təsis olunması ilə kibertəhlükəsizlik ekosisteminin inkişafı və bu sahədə fəaliyyət göstərən özəl şirkətlərin sayının artırılması istiqamətində mühüm addım atılıb.
"İkinci və üçüncü forumlarda kibertəhlükəsizlik şirkətlərinin sayının artırılması, onlara dəstəyin göstərilməsi, gücləndirilməsi, eləcə də kadr hazırlığının inkişaf etdirilməsi və mütəxəssislərin sayının çoxaldılması məsələlərini müzakirə edirdik", - deyə o qeyd edib.
AKTA rəsmisinin sözlərinə görə, assosiasiya ölkədə kibertəhlükəsizlik sahəsinin inkişafı və dayanıqlı ekosistemin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.
Oxşar xəbərlər
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilir - FOTO
Bakıda Kibertəhlükəsizliklə bağlı beynəlxalq konfrans keçiriləcək
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilir
ETX: İnformasiya təhlükəsizliyi ilə bağlı minimal kibertəhlükəsizlik tələbləri formalaşdırılır
İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verilib
-
Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib
-
Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib
-
Yeni qanun layihəsi Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir - RƏY
