Tramp: ABŞ Milli Kəşfiyyat İdarəsinə yeni direktor axtarışını davam etdirir
sizinxeber.az xəbər saytı

Tramp: ABŞ Milli Kəşfiyyat İdarəsinə yeni direktor axtarışını davam etdirir


ABŞ Prezidenti Donald Tramp Uilyam Pultenin Milli Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini icra etməyəcəyini və yeni namizəd axtarışının davam etdiyini açıqlayıb.

"Report"un məlumatına görə, ABŞ lideri bunu Ağ Evdə jurnalistlərə bildirib.

O, Mənzil Maliyyələşdirmə Agentliyinə rəhbərlik edən U.Pultenin Milli Kəşfiyyat İdarəsinin müvəqqəti direktoru təyin olunduğunu bildirib.

"Bu, müvəqqəti vəzifədir və o, bu vəzifəni daimi əsasda icra etməyəcək. Çünki düşünmürəm ki, o, bu vəzifəni daimi əsasda icra etmək istəyir", - Tramp deyib.

O, həmçinin qeyd edib ki, administrasiya hazırda bu vəzifəyə namizədlərlə müsahibələr aparır.

Oxşar xəbərlər

Tramp Milli Kəşfiyyat direktoru axtarışını davam etdirir
Tramp ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinə Uilyam Poltini təyin edib
Tramp Milli Təhlükəsizlik Agentliyinin direktoru vəzifəsindən azad edib
WP: Tramp Milli Təhlükəsizlik Agentliyinin direktorunu vəzifəsindən azad edib
Tramp İranın nüvə obyektlərinin bombalanmasını Ağ evdən canlı izləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər