Yaponiya İran ətrafındakı vəziyyətdən narahatlığını bildirib
sizinxeber.az xəbər saytı

Yaponiya İran ətrafındakı vəziyyətdən narahatlığını bildirib


Yaponiya hökuməti İran ətrafındakı hadisələrin inkişafını yaxından izləyir və gələck eskalasiyaya yol verilməyəcəyinə ümid edir.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Minoru Kihara ənənəvi mətbuat konfransında bildirib.

"Hökumət ABŞ və İran arasında qeyd etdiyiniz zərbə mübadiləsini daim yüksək səviyyədə narahatlıqla izləyir. Mövcud məlumata görə, tərəflər arasında ilkin razılaşma memorandumunun imzalanması üçün danışıqlar davam edir və ümid edirik ki, vəziyyət daha da gərginləşməyəcək", - o qeyd edib.

Kihara vurğulayıb ki, Tokio münaqişənin tez bir zamanda həllinə nail olmaq üçün beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq çərçivəsində diplomatik səyləri davam etdirmək niyyətindədir.

Oxşar xəbərlər

Yaponiya Hörmüz boğazına mina əleyhinə gəmi göndərilməsi barədə hələ qərar qəbul etməyib
Yaponiya İsrail və İran arasındakı münaqişənin diplomatik yolla həllində israrlıdır
Nazirlər Kabineti: Yaponiya hökuməti Alyaska sammitini diqqətlə izləyir
Yaponiya və ABŞ birgə süni intellekt layihələrinə 1 milyard dollar sərmayə qoyacaq
Yaponiya Çin təyyarəsinin hava məkanını pozmasını təhlükəsizliyinə təhdid kimi qiymətləndirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər