ABŞ-da yanacağın qiymətləri 42,2% artıb
sizinxeber.az xəbər saytı

ABŞ-da yanacağın qiymətləri 42,2% artıb


ABŞ-da benzinin orta qiyməti may ayında aylıq müqayisədə 9,2%, illik müqayisədə isə 42,2% artıb. May ayında dizelin orta qiyməti də ötən ilin eyni ayı ilə müqayisədə 60% artıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ Nəqliyyat Statistikası Bürosu məlumat yayıb.

Ölkədə benzinin orta qiyməti may ayında illik müqayisədə 42,2% artaraq qalon (təxminən 3,785 litr) üçün 4,48 dollara çatıb.

Qeyd edək ki, 2025-ci ilin may ayında bir qalon benzinin qiyməti 3,15 dollar olub.

May ayında benzin qiymətlərindəki artım aprel ayı ilə müqayisədə 9,2% olaraq hesablanıb.

Ölkədə dizelin orta qiyməti də may ayında ötən ilin eyni ayı ilə müqayisədə 60% artaraq 5,60 dollara çatıb.

Bu ilin aprel ayı ilə müqayisədə 1,8 faiz artan dizel yanacağının qiymətinin 2025-ci ilin may ayında qalon üçün 3,50 dollar olacağı proqnozlaşdırılırdı.

Oxşar xəbərlər

Avropada iyun ayında təbii qazın qiyməti artıb, ABŞ-da isə azalıb
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar bəlli olub
Avropa və ABŞ-da bu il təbii qaz kəskin bahalaşıb
İyunda dünya bazarlarında neft 10%-dən çox bahalaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər