Zelenski: Ukrayna ordusu Rusiyanın strateji obyektlərinə zərbələr endirib
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiya arsenallarına, Kronştadtdakı (Leninqrad vilayəti) Hərbi Dəniz Donanması bazasına, eləcə də Krasnodar diyarındakı neft bazasına endirdiyi zərbələr barədə məlumat verib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
V.Zelenskinin sözlərinə görə, strateji obyektlərə hücumlar "Rusiya sülh müqaviləsinin bağlanması üzrə danışıqların aparılmasına dair açıq məktuba reaksiya vermədiyi" üçün həyata keçirilib:
"Bu müharibəni bitirmək vaxtıdır. Lakin Rusiya Prezidenti Vladimir Putin müharibə istəyir. Buna görə də Ukraynanın sanksiyaları bu təcavüzə qarşı işləyir".
O qeyd edib ki, münaqişə davam edəcəyi təqdirdə Ukrayna Rusiya obyektlərinə zərbələr endirməyə davam edəcək.
Daha əvvəl bildirilirib ki, Ukrayna dronlarının Krasnodar diyarına hücumu nəticəsində Ust-Labinskdəki neft bazasının ərazisində yanğın baş verib. Bundan əlavə, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov şəhərin Ukrayna dronlarının kütləvi hücumuna məruz qaldığını bəyan etmişdi.
Qeyd edək ki, iyunun 4-də Volodimir Zelenski şəxsi görüş və danışıqlar müddətində atəşkəs elan olunması təklifi ilə Vladimir Putinə açıq məktub yazıb. V.Putin isə öz növbəsində iyunun 5-də bu məktubla tanış olduğunu, lakin Zelenski ilə lakin Zelenski ilə görüşməkdə "hələlik məna görmədiyini" bildirib.
Oxşar xəbərlər
Ukrayna Rusiyada neft terminalı və bazasına hücum edib
Ukrayna Rusiyadakı neft obyektlərinə hücum edib
Zelenski: Ukrayna Rusiyanın 2 min kilometr dərinliyindəki hədəflərə zərbələr endirir
Krasnodar diyarında PUA zərbələrindən sonra neft bazası yanır
Zelenski Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi anonsunu verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək
-
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
-
"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16 % artırıb
-
AFFA Qazax şəhərində 100-dən çox uşağın iştirakı ilə futbol festivalı təşkil edib
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
