Mahirə Hüseynova: Qərbi Azərbaycana qayıdış ideyası öz real nəticələrini verəcək
sizinxeber.az xəbər saytı

Mahirə Hüseynova: Qərbi Azərbaycana qayıdış ideyası öz real nəticələrini verəcək


Qərbi Azərbaycana qayıdış ideyası öz real nəticələrini verəcək.

"Report" yerli bürosu xəbər verir ki, bunu Naxçıvanda təşkil olunan III "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcması (QAİ) İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova deyib.

Onun sözlərinə görə, tədbirə qatılan alim və tədqiqatçıların Qərbi Azərbaycanın tarixi həqiqətlərini əks etdirən təqdimatları arxiv materiallarına, qədim mənbələrə, tarixi sənədlərə və xəritələrə əsaslanır:

"Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində təşkil olunan bu tədbir öz mahiyyəti və verdiyi mesajlarla xüsusi əhəmiyyət daşıyır. Qərbi Azərbaycana qayıdış ideyası öz real nəticələrini verəcək. Burada toplaşan insanların coşqusu, simalarındakı sevinc və qətiyyət bir həqiqəti ifadə edir ki, biz Qərbi Azərbaycana mütləq qayıdacağıq. İrəvanda, Göyçədə, Dərələyəzdə və tarixi yurdlarımızın hər birində belə elmi və mədəni tədbirlərin keçiriləcəyi gün uzaqda deyil. Ümumiyyətlə, yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə bu bölgə yeni inkişaf mərhələsinə qədəm qoyacaq".

Oxşar xəbərlər

Naxçıvanda III "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı keçirilir
Naxçıvanda üçüncü "Qərbi Azərbaycana qayıdış" festival-konqresi keçiriləcək
Naxçıvanda III "Qərbi Azərbaycana Qayıdış" festival-konqresi keçiriləcək
Abel Məhərrəmov: Qərbi Azərbaycana qayıdışın koordinasiya mərkəzi gələcəkdə Naxçıvan ola bilər
Əziz Ələkbərli: "Qərbi Azərbaycana qayıdış" ideyasını yerlərdə soydaşlarımıza çatdırırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər