"Financial Times": Ebola xəbərdarlıq ola bilər
sizinxeber.az xəbər saytı

"Financial Times": Ebola xəbərdarlıq ola bilər


Konqo Demokratik Respublikasında (KDR) baş verən Ebola xəstəliyi qlobal səhiyyə xərclərinin azaldılmasının nəticələri barədə xəbərdarlıq ola bilər.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə "Financial Times" yazıb.

Xarici Əlaqələr Şurasının ( Council on Foreign Relations - Qeyd) proqram direktoru Tomas Bollikinin qeyd etdiyi kimi, hazırkı epidemiya beynəlxalq səhiyyə qurumlarının zəifləməsi fonunda baş verir. O, mütəxəssislərin bu cür təhdidlərə cavab vermək üçün lazımi biliklərə malik olduğunu, lakin onları dəstəkləyən sistemlərin və ictimai dəstəyin əvvəlkindən daha az davamlı olduğunu söyləyib.

Bolliki həmçinin qeyd edib ki, COVID-19 pandemiyası ictimai və qlobal səhiyyəyə inamsızlığı artırıb və bu da dünyanın yeni böhranlara hazırlığını pisləşdirib.

Öz növbəsində, 1976-cı ildə Ebola virusunun kəşfində iştirak edən tədqiqatçılardan biri olan belçikalı mikrobioloq Peter Piot bildirib ki, pandemiyanın qarşısını almağın ən yaxşı yolu erkən mərhələdə müdaxilədir.

O, qlobal ictimaiyyətin pandemiyaya hazırlığa investisiya qoymaq marağını itirməsindən narahatlığını ifadə edərək, bunu "yanğın olmadığı üçün yanğınsöndürmə xidmətinin ləğvi" ideyası ilə müqayisə edib.

Oxşar xəbərlər

FT: Konqodakı Ebola epidemiyası gələcək qlobal pandemiyanın məşqi ola bilər
Konqoda ebola virusundan ölənlərin sayı 100-ü keçib
Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb
Afrikada Ebola həyəcanı: 65 nəfər öldü
Konqoda Ebola virusundan ölənlərin sayı 86-ya çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər