Maliyyə inklüzivliyi ilə bağlı Dövlət Proqramının maliyyələşdirmə mənbələri açıqlanıb
sizinxeber.az xəbər saytı

Maliyyə inklüzivliyi ilə bağlı Dövlət Proqramının maliyyələşdirmə mənbələri açıqlanıb


"Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"ndakı tədbirlərin icrasının dövlət büdcəsində aidiyyəti icraçı dövlət orqanları (qurumları) üçün nəzərdə tutulmuş vəsait, dövlət orqanlarının (qurumlarının) büdcədənkənar vəsaiti, Azərbaycan Mərkəzi Bankının (AMB) vəsaiti və digər mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Bu barədə "Report"un sorğusuna cavab olaraq AMB-dən bildirilib.

"Bundan irəli gələrək, büdcə hesabına maliyyələşəcək tədbirlər üzrə tələb olunan vəsaitin (2027-ci il üzrə) müəyyən edilməsi üzrə işlər davam etdirilir. Maliyyə ehtiyacları dövlət büdcəsininin planlaşdırılması zamanı nəzərə alınacaq. Eyni zamanda, tədbirlərin icrasına beynəlxalq maliyyə institutlarının texniki dəstəyinin cəlb edilməsi nəzərdə tutulur", - deyə açıqlamada qeyd olunub.

AMB həmçinin bəyan edib ki, Dövlət Proqramının icrasının monitorinqini və qiymətləndirilməsini qurumun sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək: "AMB Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat verəcək, bununla yanaşı, Maliyyə İnklüzivliyinin ölçülməsinə yönələn indeks hazırlayacaq. Bu indeks vasitəsilə Dövlət Proqram ilə müəyyən edilmiş tədbirlərin icrasının maliyyə inklüzivliyinə təsiri qiymətləndiriləcək".

Oxşar xəbərlər

"Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair Dövlət Proqramı"nın məqsədləri açıqlanıb
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiqlənib
Azərbaycanda "Açıq sığorta modeli" tətbiq ediləcək
Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər