Pezeşkian: ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb
sizinxeber.az xəbər saytı

Pezeşkian: ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb


İranla ABŞ arasında razılaşdırılanlar müharibənin dayandırılması, danışıqların başlamasına doğru mühüm bir addımdır, yekun razılaşma isə hələ formalaşdırılmayıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında yazıb.

"İran özünü bütün variantlara hazırlayıb və hökumətin diqqəti razılaşma ilə və ya onsuz xalqa dürüst xidmət etməkdən ibarətdir", - o bildirib.

Pezeşkianın sözlərinə görə, intensiv danışıqlardan sonra qarşılıqlı anlaşma memorandumunun mətni dəstəklənib:

"Amerikanın İran xalqının hüquqlarına hörmət etmək kimi əsl niyyəti təcrübədə sınaqdan keçirilməlidir. Ali rəhbərin göstərişləri İranın milli maraqlarının müdafiəsinə dair müddəaların daxil edilməsində böyük rol oynayıb və buna görə biz ona minnətdarıq".

Oxşar xəbərlər

Pezeşkian İranın ABŞ ilə razılaşma üçün şərtlərini açıqlayıb
İran Prezidenti: ABŞ-dən danışıqlarla bağlı heç bir məlumat almamışıq
Pezeşkian: İran müharibənin qarşısını almaq üçün bütün mümkün yolları araşdırıb
Pezeşkian: İranla Qətər arasında altı milyard dolların verilməsinə dair yaxşı anlaşma əldə olunub
İran Prezidenti xalqa müraciət edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər