Boris Titov: Qreta Tunberq iqlim məsələlərinin müzakirəsi üçün yer seçimindən heç nə anlamır
sizinxeber.az xəbər saytı

Boris Titov: Qreta Tunberq iqlim məsələlərinin müzakirəsi üçün yer seçimindən heç nə anlamır


2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibi kimi Azərbaycanın seçilməsi tamamilə əsaslıdır, çünki iqlim məsələləri məhz neft hasil edən ölkələrdə müzakirə olunmalıdır.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidentinin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov COP29 çərçivəsində çıxışı zamanı deyib.

Daha əvvəl bildirilmişdi ki, isveçli ekofəal Qreta Tunberq və Qafqaz Feminist Antimüharibə Hərəkatı Tbilisinin mərkəzində COP29-a qarşı etiraz aksiyası keçirib.

“Qreta Tunberq iqlim məsələlərini müzakirə etmək üçün yer seçimi ilə bağlı heç nə anlamır. Qreta iqtisadiyyatdan uzaqdır, ona görə də o, ehtiyaclar və imkanların real tarazlığını lazımi səviyyədə qiymətləndirmir. Fosil ehtiyatları uzun müddət öz qlobal rolunu oynayacaq və elə indi nəyin bahasına olursa olsun, onlardan imtina etmək, yumşaq desək, effektiv deyil. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin neftlə bağlı ölkəyə ünvanlanan tənqidlərdən təəccüblənməsi ilə tam razıyam. Bu, həqiqətən təbiətin hədiyyəsidir”, - o deyib.

Oxşar xəbərlər

Qreta Tunberq Kopenhagendə anti-İsrail aksiyası zamanı saxlanılıb
Boris Titov: İqlim dəyişikliyinə uyğunlaşmaya investisiya yatırmaq üçün biznesin stimullara ehtiyacı var
EBRD rəsmisi: "Azərbaycanla bərpa olunan enerji əməkdaşlığından məmnunuq"
Nigar Arpadarai: İqlim məqsədlərinə nail olmaq üçün özəl sektorun fəal iştirakı vacibdir
Nazir: "COP29-da iqlimə uyğun kənd təsərrüfatı mövzusuna xüsusi toxunulacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle