Boris Titov: İqlim dəyişikliyinə uyğunlaşmaya investisiya yatırmaq üçün biznesin stimullara ehtiyacı var
sizinxeber.az xəbər saytı

Boris Titov: İqlim dəyişikliyinə uyğunlaşmaya investisiya yatırmaq üçün biznesin stimullara ehtiyacı var


Bu gün iqlim dəyişikliyinə uyğunlaşma ilə bağlı bütün real xərclər əsasən biznesin üzərinə düşür.

"Sizinxeber.az" xəbər verir ki, bunu Rusiya Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov Moskvada keçirilən "Müasir şəraitdə BRİCS İqlim Gündəliyi" adlı forumda çıxışı zamanı deyib.

B.Titov qeyd edib ki, istixana qazlarının atmosferə atılmasının qarşısının alınması və azaldılması (mitiqasiya) yolu ilə iqlim dəyişikliyinin yumşaldılması tədbirləri ilə yanaşı, iqlim dəyişikliyinə uyğunlaşma da çox vacibdir.

O, həmçinin vurğulayıb ki, qlobal miqyasda diqqət yalnız “mitiqasiya tədbirləri” vasitəsilə karbon neytrallığına nail olmaqdır ki, bu da onun fikrincə, bütün Davamlı İnkişaf Məqsədlərinin, o cümlədən uyğunlaşmaya yönəlmiş layihələrin maliyyələşdirilməsinin böyük hissəsini mənimsəyir: “Bu gün iqlim dəyişikliyinə uyğunlaşma ilə bağlı bütün real xərclər əsasən biznesin üzərinə düşür. Amma bu, ağır yükdür və maddi stimullar yaradılmalıdır”.

B.Titov, həmçinin bildirib ki, BMT-nin Yaşıl İqlim Fonduna ayrılan vəsaitin artırılması vacibdir. O xatırladıb ki, planlaşdırılan 100 milyard dolların yalnız 13 milyard dolları inkişaf etmiş ölkələrdən daxil olub, BMT-nin Uyğunlaşma Fondunun isə cəmi 1 milyard dollar toplayıb: "300 milyard ehtiyacla müqayisədə 1 milyard nədir?"

Oxşar xəbərlər

Boiç: Əsas problemlərdən biri istixana qazlarının azaldılmasının düzgün hesablanmamasıdır
UNFCCC: İqlim dəyişikliyinin fəsadları getdikcə daha çox investisiya tələb edir
Əl-Caber: COP üçlüyü iqlim dəyişikliyi ilə mübarizədə siyasi impulsun saxlanmasında böyük rol oynayacaq
Özbəkistanda İqlim Şurası yaradılır
Qazaxıstan rəsmisi: Ölkəmiz COP29-a böyük ümidlər bəsləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər