UN-HABITAT icraçı direktoru: COP-29 iqlim dəyişmələrindən əziyyət çəkən insanların səsini çatdırmaq üçün fürsətdir
COP-29 iqlim dəyişmələrindən əziyyət çəkən insanların səsini çatdırmaq üçün bir fürsətdir.
Sizinxeber.az-nın xəbərinə görə, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.
“Tam şəkildə və güvənlə söyləyə bilərəm ki, hər birimiz davamlı şəkildə ümidlərimizi reallaşdırmaq və daha nikbin bir gələcək üçün çalışmağa davam edəcəyik. BMT Məskunlaşma Proqramının rəhbəri olaraq COP29 sədrliyinə təşəkkürümü bildirirəm. Eyni zamanda əməkdaşlıq və uzaqgörənlik əsasında davamlı şəkildə COP29-un keçirilməsi ilə bağlı sizi təbrik edirəm,” deyə xanım Maimuna Mohd bildirib.
“UN HABİTAT”ın rəhbəri iqlim dəyişikliyi ilə bağlı təhlükələrin artıq çox real olduğunu qeyd edib: “Kaula Lampurda, bizim şəhərimizdə, eləcə də bütün digər şəhərlərdə uzunmüddətli istilik dalğalarından tutmuş ən böyük qasırğalara qədər müxtəlif fəlakətləri görürük. Bu problemlərin həll edilməsinə töhfə verə bilərik və davamlı şəkildə sərmayənin ayrılması şəhər əsaslı yaşıllıqların yaradılması və eyni zamanda karbon emissiyanın azalmasına töhvə verməliyik. Kəskin iqlim hadisələrinə təbiət əsaslı həlləri təklif edirik, şəhər mərkəzləri, biomüxtəliflik, qovşaqlara və eyni zamanda biomüxtəlif şəhərlərin yaradılması, çevrilməsini təklif edirik.”
Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhvələrə görə Azərbaycana təşəkkürünü bildirən xanım Maymunah dayanıqlı inkişaf olmadan sülhü yaradılmasının mümkünsüz olduğunu vurğulayıb.
Oxşar xəbərlər
COP29-un liderlər sammitinin açılış mərasimi keçirilir - YENİLƏNİB-2 - FOTOLENT - CANLI
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru ADA Universitetində tələbələrlə görüşüb - FOTO
Quterreş: Növbəti iqlim sammitinədək bütün iştirakçı tərəflər ümumi milli iqtisadi fəaliyyət planı hazırlamalıdır
Peter Mixalko: Azərbaycanın COP29 üçün göstərdiyi səyləri təqdir edirəm
Prezident İlham Əliyev: Azərbaycan COP29-a ev sahibliyi edən ölkə seçildikdən sonra biz hədəfə çevrildik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













