Karluş Keyroş: "İngiltərə fasiləyə yollanarkən artıq başa düşürdü ki, bizi məğlub edə bilmir"
İngiltərə yığması Qana ilə matçda fasiləyə yollanarkən rəqibini məğlub edə bilmədiyini başa düşüb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Afrika təmsilçisinin baş məşqçisi Karluş Keyroş İngiltərə ilə DÇ-2026-nın qrup mərhələsinin II tur oyunundan sonra deyib.
Mütəxəssis bərabərə bitən matç sonrası komandası ilə qürur duyduğunu söyləyib:
"Əgər müdafiə olunmaq lazımdırsa, müdafiə olunmalısan. İlk məqsədimiz növbəti mərhələyə yüksəlmək idi ki, bunu da bacardıq. İlk hissəəd İngiltərə yığmasını məyus vəziyyətdə saxlamağa çalışdırdıq. Fasilədən sonra da oyunun gedişi dəyişmədi. Harri Keyn İngiltərənin qapıya ilk dəqiq zərbəsini yalnız 59-cu dəqiqədə vurdu".
O, heç-heçənin ədalətli nəticə olduğunu bildirib:
"Rəqib komanda fasiləyə yollanarkən artıq başa düşürdü ki, bizi məğlub edə bilmir. Məhz həmin andan etibarən matçda nəzarəti əlimizə aldıq. Qol da vura bilərdik, amma təəssüf ki, bunu bacarmadıq. Digər tərəfdən, İngiltərənin də qol vurmaq imkanı var idi. Buna görə də heç-heçə oyunun gedişinə görə ədalətli nəticədir".
Qeyd edək ki, İngiltərə - Qana oyununda hesab (0:0) açılmayıb.
Oxşar xəbərlər
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
Tomas Tuxel: "Qana kimi komandaların qapısından top keçirmək çətindir"
DÇ-2026: İngiltərə millisi Qana yığması ilə heç-heçə edib
DÇ-2026: İngiltərə - Xorvatiya oyununda tərəflər fasiləyə bərabərliklə yollanıblar - YENİLƏNİR-4
İngiltərə millisinin bəzi azarkeşləri yoldaşlıq oyunundan sonra baş məşqçini istefaya səsləyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
DÇ-2026: İordaniya - Əlcəzair oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR-2
