Nazir: "Aqrotexniki qaydalara əməl edən fermerlərə daha çox subsidiya veriləcək"
sizinxeber.az xəbər saytı

Nazir: "Aqrotexniki qaydalara əməl edən fermerlərə daha çox subsidiya veriləcək"


Azərbaycanda aqrotexniki qaydalara əməl edən fermerlərə daha çox subsidiya veriləcək.

"Sizinxeber.az"un Sabirabada ezam olunmuş müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə bildirib.

Onun sözlərinə görə, yeni Dövlət Proqramı çərçivəsində aqrotexniki qaydalara maksimum səviyyədə əməl edən fermerlərin seçilərək daha geniş maliyyə dəstəyi ilə təmin olunması nəzərdə tutulur: "Subsidiyalaşdırma mexanizmi də məhz bu prinsip əsasında həyata keçiriləcək. Aqrotexniki qulluq qaydalarına riayət etməyən, müasir suvarma sistemlərini tətbiq etməyən fermerlərin subsidiya alma imkanları məhdudlaşdırılacaq və onlar dövlət tərəfindən təşviq olunmayacaqlar".

M.Məmmədov qeyd edib ki, qlobal əmtəə bazarında qiymət dəyişikliklərinə baxmayaraq, fermerlərin məhsul satış qiymətləri sabit saxlanılır: "Qiymətlər aşağı düşsə də, fermerlər eyni qiymətlə məhsullarını satmağa davam edirlər. Hazırda dövlət müəyyən mənada inzibati mexanizmlərdən istifadə etməklə şirkətlərlə razılaşma əsasında fermerlər üçün sabit qiymət formalaşdırıb və bu yanaşma uzun illərdir tətbiq olunur. Bu baxımdan fermerlər müəyyən qoruma mexanizmi ilə əhatə olunublar. Əgər qiymətlər tamamilə bazar iqtisadiyyatının tələblərinə uyğun formalaşsaydı, dünya bazarında qiymətlərin enməsi yerli bazara da təsir göstərəcək və fermerlər pambığı daha aşağı qiymətə satmalı olacaqdılar. Beləliklə, iki əsas dəstək aləti tətbiq edilir. Birincisi, sabit qiymət mexanizmi proqram dövründə də davam etdiriləcək. İkincisi isə aqrotexniki qaydalara əməl edən və müasir suvarma sistemlərindən istifadə edən fermerlərə daha yüksək subsidiya verilməsi mexanizmidir. Bu yanaşma artıq tətbiq olunmağa başlayıb. Hazırda müasir suvarma sistemi quran fermerlərlə belə sistemlərdən istifadə etməyən fermerlərin hər kiloqram məhsula görə aldıqları subsidiya məbləği arasında fərq mövcuddur və gələcəkdə bu fərqin daha da artırılması nəzərdə tutulur".

Oxşar xəbərlər

Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Nazir: "Müasir suvarma sistemi olmayan yeni əkin sahələrinə icazə verilməyəcək"
Məcnun Məmmədov pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
Azərbaycanda lazerli maladan istifadə edən fermerlər əlavə subsidiya alacaq
Nazir: "Pambıqçılığa müasir texnika və mexanizasiya dəstəyi genişləndiriləcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər