Naxçıvanda Milli Qurtuluş Gününə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırılıb
sizinxeber.az xəbər saytı

Naxçıvanda Milli Qurtuluş Gününə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırılıb


15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Şahmat Federasiyası və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq reytinqli şahmat turnirinin qalibləri mükafatlandırılıb.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Bəxtiyar Məmmədov, Naxçıvanın təhsil naziri Elxan Nəcəfov iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Baş hakim Urfan Sevdimalıyev yarışın gedişatı barədə ətraflı məlumat verdikdən sonra turnirin baş hakimi Urfan Sevdimalıyev, hakimlər Əli Hüseynzadə və Ramilə Hüseynova təltif olunublar.

Ardınca birinci olan Mirsaleh Seyidov, ikinci yeri tutan Yasin Əzimov və yarışı üçüncü pillədə başa vuran Nəsrin Babayeva təltif olunublar.

Ən kiçik şahmatçılardan Tuncay Behbudov və Dəniz Abbasbəyli, 8 yaş kateqoriyası üzrə Ayla Cəfərli, 10 yaş üzrə Məhəmməd Rza, 12 yaş üzrə Rail Qasımlı, 14 yaş üzrə Lətif Muradlı, veteranlar arasında Adil Sevdimalıyev, qadınlar arasında isə Nigar Qənbərli fərqləniblər.

Oxşar xəbərlər

Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirinin qalibi bəlli olub
Bakıda “Çempionların savaşı” turnirinin bağlanış mərasimi keçirilib
FIDE tərəfindən 11 yaşlı qrossmeysterə ustalığa namizəd dərəcəsi verilib
Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibləri mükafatlandırılıb - YENİLƏNİB
Naxçıvanda "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər