ADY AİİB ilə nəqliyyat infrastrukturunun inkişafını müzakirə edib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı, regional bağlantının gücləndirilməsi və əməkdaşlığın inkişafı istiqamətləri müzakirə olunub.
"Report" ADY-yə istinadən xəbər verir ki, bu barədə müzakirələr ADY-də AİİB-nin nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.
ADY sədri Rövşən Rüstəmov AİİB-in Azərbaycanda nəqliyyat infrastrukturu və regional bağlantı sahəsində fəal tərəfdaşlığının ölkənin tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb və bunu yüksək qiymətləndirib.
Qeyd olunub ki, Azərbaycanın dayanıqlı şəhər mobilliyi və sərnişindaşıma xidmətlərinin inkişafı ADY-nin strategiyasının əsas komponentlərindən biridir. 2025-ci ildə ADY-nin rayonlararası və Abşeron dairəvi dəmir yolu marşrutları vasitəsilə 10 milyondan çox sərnişin daşınıb ki, bu da etibarlı və dayanıqlı ictimai nəqliyyata artan tələbatın göstəricisidir.
Görüşdə nəqliyyat infrastrukturunun inkişafı, regional bağlantının genişləndirilməsi və dayanıqlı logistika həllərinin təşviqi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb. ADY və AİİB arasında gələcək əməkdaşlıq istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
ADY və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib
Azərbaycan AIIB ilə strateji tərəfdaşlığının gücləndirilməsini müzakirə edib
Azərbaycanla AİİB potensial əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib
AİİB Orta Dəhlizə investisiya qoymağa maraq göstərir
ADB və AIIB ilə Azərbaycanda "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin Kazanda Hakan Fidanla görüşəcək
-
Ruben Amorim "Milan"ın baş məşqçisi olub
-
WSJ: ABŞ İrana neft ixracını dərhal bərpa etməyə icazə verəcək
-
"Hizbullah" lideri: Xamenei və Pezeşkiana təşəkkür edirik
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
