Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb
sizinxeber.az xəbər saytı

Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb


Həcc ziyarətindəki zəvvarlardan ibarət ilk təyyarə Azərbaycana yola düşüb.

Bu barədə Sizinxeber.az-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, təyyarə yerli vaxtla saat 12:30-da Bakıya çatacaq: “Bu gün ümumilikdə 180 zəvvar Azərbaycana yollanacaq. Günün ikinci zəvvar təyyarəsi isə yerli vaxtla saat 15:50-də yola düşəcək”.

Vüsal Cahangiri qeyd edib ki, zəvvarlardan ibarət digər təyyarələr gündə 2 reys olmaqla 7 və 9 iyunda yola düşəcəklər.

Xatırladaq ki, bu il ümumilikdə 1150 nəfər Həcc ziyarətinə gedib.

Oxşar xəbərlər

Üçüncü zəvvar qrupu sabah Həcc ziyarətinə yola düşəcək
QMİ rəsmisi: Bu gün iki zəvvar təyyarəsi Azərbaycandan Həcc ziyarətinə yola düşüb
Azərbaycandan Həcc ziyarətinə gedən ikinci zəvvar qrupu sabah yola düşəcək
QMİ: Həcc ziyarətinə yollanacaq ən gənc azərbaycanlı zəvvarın 13, ən yaşlısının isə 86 yaşı var
Dördüncü zəvvar qrupu sabah Həcc ziyarətinə yola düşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər