Son 10 ildə Azərbaycanda aqrar sektor təxminən 38 % böyüyüb
Son 10 ildə Azərbaycanda real ifadədə kənd təsərrüfatında artım 37,8 % olub.
"Sizinxeber.az" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"na həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, son 10 il ərzində kənd təsərrüfatı sahəsində davamlı artım dinamikası müşahidə olunur: "Bu həm bitkiçilik, həm heyvandarlıq sahəsinə aiddir. Belə ki, son 10 ildə ümumilikdə real ifadədə kənd təsərrüfatında artım 37,8 % olub. Bu göstərici bitkiçilik sahəsində 48,2 % və heyvandarlıq sahəsində isə 29,6 % idi. Ümumilikdə müsbət tendensiyalar olaraq da həmçinin aqrar və qida məhsullarının ixracının da 62,8 % yüksəldiyini qeyd edə bilərəm".
O əlavə edib ki, bu kontekstdə həmçinin hüquqi və institusional çərçivədə və həmçinin sahəyə dəstək verən infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində də müvafiq tədbirlər, fəaliyyətlər icra olunub: "Soyuducu anbarların həcmi artıb, taxıl elevatorlarının və logistika imkanları yaxşılaşdırılıb, həmçinin fermerlərin lizinqə çıxış imkanları yaxşılaşdırılıb. 96 mindən çox kənd təsərrüfatı texnikasına lizinqlərlər verilib".
Oxşar xəbərlər
Azərbaycanda aqrar sahədə ixracın 2 milyard dollara çatdırılması hədəflənir
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq
Azərbaycanda aqrar sektor 2 %-dən çox böyüyüb
Azərbaycan və Belarus son 5 ildə aqrar məhsulların ticarətini 70 %-dən çox artırıb
Nazir müavini: Yeni dövlət proqramı aqrar dəyər zəncirinin bütün mərhələlərini əhatə edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verilib
-
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
-
Azərbaycan daşımalarla bağlı Çinlə birbaşa məlumat mübadiləsi qurmağa başlayıb
-
Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib
