"Kürdəmir Aqro": Gələcəkdə ölkədə cins heyvanların satışını həyata keçirəcəyik
sizinxeber.az xəbər saytı

"Kürdəmir Aqro": Gələcəkdə ölkədə cins heyvanların satışını həyata keçirəcəyik


"Kürdəmir Aqro" MMC yaxın illərdə süd məhsulu istehsalını üç dəfə artıraraq ildə 10 min ton həcminə çatdırmağı planlaşdırır.

"Sizinxeber.az"un Ağdaşa ezam edilmiş əməkdaşı xəbər verir ki, bunu "Kürdəmir Aqro"nun rəhbəri Kamal Rəhimov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsinə həsr olunmuş regional müşavirədə deyib.

K.Rəhimovun sözlərinə görə, bundan əlavə, təsərrüfatdakı mal-qaranın sayını 2 000 başa qaldırmaq, həmçinin mövcud iş yerlərinin sayını iki qat artırmaq da nəzərdə tutulub: "Hazırda təsərrüfatımızda 671 baş yüksək məhsuldarlığa malik Simental və Holşteyn cinsinə aid iribuynuzlu südlük mal-qara yetişdirilir, onların illik süd istehsalı 3 200 ton təşkil edir.

Təsərrüfatımızın qurulması prosesində dünya heyvandarlığının ən mütərəqqi təcrübələrindən istifadə edilib, heyvanlar Avstriya və Avropanın digər ölkələrindən idxal edilib. Bu yanaşma təsərrüfatda yüksək genetik potensialın yaradılmasına və məhsuldarlığın yüksəldilməsinə şərait yaradıb. Eyni zamanda, təsərrüfatımız damazlıq sertifikatına sahibdir və gələcəkdə ölkə daxilində cins heyvanların satışını həyata keçirməyi də nəzərdə tuturuq".

O qeyd edib ki, dövlət dəstəyi və özəl sektorun birgə səyləri nəticəsində "Prezident İlham Əliyevin rəhbərliyi altında aqrar sahənin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olaraq təyin olunub. Kənd təsərrüfatının inkişafını əhatə edən 2026-2030-cu illər üzrə dövlət proqramında heyvandarlığın genişləndirilməsi, yerli istehsalın gücləndirilməsi, müasir texnologiyaların tətbiqi və ərzaq təhlükəsizliyinin təmin edilməsi başlıca hədəflər arasında qeyd olunur. Bu proqram aqrar sahənin irəliləyişi, heyvandarlığın genişləndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və regionlarda istehsal imkanlarının artırılması baxımından böyük əhəmiyyət kəsb edir".

Oxşar xəbərlər

Nazir: "Müasir suvarma sistemi olmayan yeni əkin sahələrinə icazə verilməyəcək"
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Azərbaycanda cins heyvanların saxlanıldığı təsərrüfatların kreditlərin faizləri subsidiyalaşdırılacaq
Azərbaycanda ət istehsalı ilə bağlı hədəflər açıqlanıb
Vahid Hacıyev: "Aqrar sektorda istehsal və emal imkanları genişləndiriləcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər