"Azərbaycan Dəmir Yolları" mayda yükdaşımanı 23 % artırıb
sizinxeber.az xəbər saytı

"Azərbaycan Dəmir Yolları" mayda yükdaşımanı 23 % artırıb


Bu ilin may ayında "Azərbaycan Dəmir Yolları" QSC 1,665 milyon ton yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur.

"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, ötən ay tranzit daşımaları 700,6 min ton təşkil edərək 1 il əvvəlki göstəricisini 34 % üstələyib.

Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 48 % (398,5 min ton), Şimal-Cənub istiqaməti üzrə 26 % (55,1 min ton), Şimal-Qərb istiqaməti üzrə isə 19 % (236,5 min ton) artım qeydə alınıb.

Oxşar xəbərlər

"Azərbaycan Dəmir Yolları" tranzit yükdaşımanı 7 % artırıb
"Azərbaycan Dəmir Yolları" tranzit konteyner daşımalarını 59 % artırıb
Martda dəmir yolu ilə yükdaşımalar artıb
ADY: Şimal-Cənub dəhlizi ilə tranzit yük daşımalarının həcmi 25 % artıb
"Azərbaycan Dəmir Yolları" sərnişin daşınmasını 15 %-ə yaxın artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər