Brüsseldə Azərbaycanın Avrasiyanın energetikasındakı geosiyasi rolu haqqında kitabın təqdimatı olub
sizinxeber.az xəbər saytı

Brüsseldə Azərbaycanın Avrasiyanın energetikasındakı geosiyasi rolu haqqında kitabın təqdimatı olub


Brüsseldə Azərbaycanın Avropa İttifaqı (Aİ) yanındakı Nümayəndəliyinin təşkilatçılığı ilə Samuel Furfarinin "Azerbaïdjan: Géopolitique de l'énergie d'une Eurasie en mutation" ("Azərbaycan: dəyişən Avrasiyanın energetika geosiyasəti") kitabının təqdimatı keçirilib.

"Report"un Avropa bürosu xəbər verir ki, müəllif yeni əsərində Azərbaycanın Avrasiyanın dəyişən energetika arxitekturasında artan strateji əhəmiyyətini təhlil edib.

Furfarinin Azərbaycana marağı 2005-ci ildə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi mərasimində iştirak etmək üçün Bakıda olarkən yaranıb. O, həmin vaxt Avropa Komissiyasının energetika üzrə direktoratında işlədiyini bildirərək, bu hadisənin onun üçün əsl kəşf olduğunu qeyd edib. "Xüsusilə də Aİ-nin bu böyük nailiyyətdə heç bir şəkildə iştirak etmədiyini nəzərə alaraq", - o vurğulayıb.

"Azərbaycan bu gün əsas oyunçu, həmçinin Aİ üçün enerji təchizatı mənbəyidir. O, Rusiya, yaxyd da İran deyil, lakin əsas oyunçudur", - bildirən Furfari ölkəyə və Avrasiya adlanan regiona olan böyük marağın məhz bununla bağlı olduğunu qeyd edib.

Furfarinin kitabında Azərbaycanda neft hasilatı tarixinə ekskurs edilir, onun əhəmiyyətli ehtiyatları və təbii qazından, eləcə də Avropaya enerji tədarükünün şaxələndirilməsi üçün artan əhəmiyyətindən bəhs olunur.

Furfarinin fikrincə, qazıntı yanacağı vacib enerji mənbəyi olaraq qalmağa davam edəcək, ondan tamamilə imtina etmək hətta uzunmüddətli perspektivdə belə qeyri-mümkündür. Bu isə o deməkdir ki, Azərbaycan kimi tərəfdaşların rolu gələcəkdə də eyni dərəcədə əhəmiyyətli olacaq.

Kitabda Azərbaycanın Şərqlə Qərbin kəsişməsindəki geosiyasi mövqeyinə, onun Avropa, Rusiya, İran, İsrail və digər regional tərəfdaşlarla münasibətlərinə, həmçinin ölkənin təkcə enerji resursları tədarükçüsü kimi deyil, həm də Asiya ilə Avropa arasında etibarlı bağlantı üçün alternativ açan mühüm nəqliyyat istiqaməti qismində roluna xüsusi diqqət yetirilib.

Oxşar xəbərlər

Azərbaycan və Türkiyənin energetika nazirləri İğdır-Naxçıvan qaz kəmərinin açılışına qatılacaq
Brüsseldə Azərbaycanın mədəniyyəti və tarixi haqqında nəşrlərin təqdimatı olub
Vaqif Sadıxov: Müstəqillik Günü Azərbaycan xalqı üçün vacib tarixdir
Çakarova: "Azərbaycan dəyişən qlobal landşaftda ABŞ-nin əsas enerji tərəfdaşlarından biridir" - EKSKLÜZİV
Azərbaycan Slovakiyanın qaz təchizatı ilə bağlı müzakirələrə qatılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər