Azərbaycanda ət istehsalı ilə bağlı hədəflər açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda ət istehsalı ilə bağlı hədəflər açıqlanıb


Azərbaycanda ət məhsullarının istehsalının artımının qarşısında duran hədəflərdən, yaxud çağırışlardan biri odur ki, istehsal həm mövcud tələbatı, həm də artan istehlakı qarşılamalıdır.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"na həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda mövcud ət istehlakının istehsal hesabına təmin edilməsi hədəflənir: "Paralel olaraq başa düşürük ki, növbəti dövrlərdə ölkədə ət istehlakı da artacaq. Bu istiqamətdə son illərdə istehlak artım qeydə alınıb. Məsələn, 2025-ci ildə quş ətinin istehlakında 2021-ci illə müqayisəsində adambaşına 2 kiloqramdan çox artım olub. Bu göstərici mal əti ilə bağlı təxminən 1,6 kiloqramdır".

Oxşar xəbərlər

Azərbaycanda aqrar sahədə ixracın 2 milyard dollara çatdırılması hədəflənir
Son 10 ildə Azərbaycanda aqrar sektor təxminən 38 % böyüyüb
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq
Aqrar sahədə kredit faizlərinin subsidiyalaşdırılması ilə bağlı banklara məlumat veriləcək
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər