Vüqar Bayramov: "Avropa Liqasında istədiyimiz oyunu nümayiş etdirə bilmədik"
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında istədiyi oyunu nümayiş etdirə bilməyib.
"Report" Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, bu barədə komandanın kapitanı Vüqar Bayramov deyib.
O, ilk iki oyunda ciddi çətinliklərlə üzləşdiklərini söyləyib:
"İlk iki oyun bizim üçün kifayət qədər çətin keçdi. Təəssüf ki, istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Bunun əsas səbəblərindən biri rəqiblərimizin həm boyca, həm də fiziki cəhətdən üstün olmaları idi. Bununla belə, qarşıda bizi daha dörd vacib oyun gözləyir. Hazırda səhvlərimizi və çatışmazlıqlarımızı diqqətlə təhlil edir, növbəti görüşlərə daha yaxşı hazırlaşmaq üçün intensiv çalışırıq. İnanıram ki, qarşıdakı oyunlarda daha inamlı çıxış edəcəyik, daha keyfiyyətli voleybol nümayiş etdirəcəyik və komandamızın əsl potensialını ortaya qoya biləcəyik".
Qeyd edək ki, komanda Avropa Liqasında keçirdiyi ilk iki matçda Yunanıstan və İsveçə 0:3 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
Azərbaycan millisinin hücumçusu: "Gümüş Avropa Liqasında məqsəd hər oyunda qələbə qazanmaqdır"
Azərbaycan millisinin üzvü: “Dünya Seriyasında xarakter və əla komanda oyunu nümayiş etdirdik”
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub
Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Ankarada yoxlama oyunları keçirəcək
"Şəki"nin baş məşqçisi: "İstədiyimiz müdafiəni qura bilmədik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Avtomobildə 72 kq narkotik aşkarlanıb - VİDEO
