Ermənistanda parlament seçkilərinin yekun nəticələri iyunun 14-də açıqlanacaq
sizinxeber.az xəbər saytı

Ermənistanda parlament seçkilərinin yekun nəticələri iyunun 14-də açıqlanacaq


İyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkilərinin yekun nəticələri iyunun 14-də elan olunacaq.

"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan bildirib.

"Cümə gününə qədər biz hələ yenidən sayım aparacağıq, düzəliş mərhələləri olacaq. Bundan sonra şikayət və ərizələr qiymətləndiriləcək. Artıq iyunun 14-də yekun nəticələr açıqlanacaq", - o qeyd edib.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100 %-nin emalının yekunlarına əsasən, baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası seçicilərin 49,83 % səsini toplayıb.

İkinci yeri iş adamı Samvel Karapetyanla əlaqəli olan və 23,28 % səs toplayan "Güclü Ermənistan" Partiyası tutub. Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku isə 9,93 % səs alıb.

Oxşar xəbərlər

Paşinyan Ermənistanda keçiriləcək parlament seçkilərində populyarlığa görə liderdir
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ermənistan MSK: Paşinyanın partiyası 51,03% faiz səslə liderdir - YENİLƏNİB
Ermənistanda seçkilərin rəsmi nəticəsi
"Exit-poll": Paşinyanın partiyası seçkilərdə səslərin 56,7%-ni toplayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər