Sahibkar: "Yevlax Pilot Aqroparkında müasir texnologiyalar məhsuldarlığın artırılmasına imkan yaradır"
sizinxeber.az xəbər saytı

Sahibkar: "Yevlax Pilot Aqroparkında müasir texnologiyalar məhsuldarlığın artırılmasına imkan yaradır"


Yevlax Pilot Aqroparkında dövlət tərəfindən yaradılan müasir infrastruktur, su, elektrik enerjisi, qaz və yol təminatı rezidentlərin işini xeyli asanlaşdırır.

"Report"un Ağdaşa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Yevlax Pilot Aqroparkının rezidenti Qalib Nuriyev "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsi məqsədilə keçirilən regional müşavirədə bildirib.

Onun sözlərinə görə, aqroparkın rezidentləri burada yaradılmış imkanların və müasir texnologiyaların üstünlüklərindən səmərəli şəkildə istifadə edir: "Meyvə bağlarında quraşdırılmış iqlim stansiyaları, torpaq nəmsensorları suvarma prosesinin daha dəqiq, sudan səmərəli istifadəyə və məhsuldarlığın artırılmasına imkan yaradır, təsərrüfatlarımızın inkişafına böyük təsir göstərir. Aqroparkdakı hər bir fermer və rezident dövlətimizin bu sahəyə göstərdiyi dəstəyi öz fəaliyyətində dərindən hiss edir. Bu dəstək bizə daha çox istehsal etməyə, yeni texnologiyalar tətbiq etməklə gələcəyə daha inamlı baxmağa imkan verir".

O qeyd edib ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Yevlax Pilot Aqroparkı eyni zamanda aqrar sahəyə göstərilən diqqətin bariz nümunəsidir: "2 807 hektar ərazidə yaradılmış Yevlax Pilot Aqroparkda 600 hektar ərazidə çoxillik əkinlər, 1298 hektar ərazidə bitkiçilik zonaları yaradılıb. Prezidentin çağırışına cavab olaraq, idxaldan asılılığın azaldılması üçün əlavə olaraq 600 hektara yaxın sahədə müxtəlif növ meyvə, bitki bağlarının salınması, sənaye zonalarında isə çeşidləmə, qablaşdırma, soyuducu, quru anbar, meyvə emalı müəssisələri və regional topdansatış bazarının yaradılması nəzərdə tutulub".

Oxşar xəbərlər

Zeynal Nağdəliyev: "Aqroparkların yaradılması bəzi kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığı aradan qaldıracaq"
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
İcra başçısı: "Ağdaşda çəltikçiliyi inkişaf etdirirmək üçün yeni toxumçuluq təsərrüfatı yaradılacaq"
Məcnun Məmmədov: "Torpaq sahələrinin genişləndirilməsi hesabına artım dövrü başa çatır"
Prezident İlham Əliyev Yevlax pilot aqroparkının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər