Konqoda Ebola virusundan ölənlərin sayı kəskin şəkildə artıb
Konqo Demokratik Respublikasında (KDR) son 24 saat ərzində Ebola virusundan təsdiqlənmiş ölüm hallarının sayında kəskin artım baş verib və ölənlərin ümumi sayı əvvəlki günlə müqayisədə 18 nəfər çox - 82-yə çatıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Konqo Səhiyyə Nazirliyi sonuncu gündəlik bülletenində məlumat verib.
Təsdiqlənmiş Ebola yoluxma hallarının sayı da son 24 saat ərzində əhəmiyyətli dərəcədə artaraq 71 nəfər artaraq 452-yə çatıb. Yeni yoluxanların çoxu qadınlardır.
Cari epidemiyanın ötən may ayında başlamasından bəri heç vaxt ölümlərin və Ebola xəstəliyinə yeni yoluxma hallarının sayında bu qədər əhəmiyyətli artım olmayıb. Bu artımın arxasında nəyin dayandığı hələlik məlum deyil.
Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, bu artım tibbi qrupların hazırkı epidemiyanın episentri olan İturi əyalətinin ucqar ərazilərinə çıxış əldə edə bilməsi ilə bağlıdır.
Beləliklə, tibb işçiləri Uqanda ilə həmsərhəd olan Mahagi rayonunda xəstəlik ocaqlarına daha çox çıxış əldə ediblər. Mahagidə üsyançı qruplar fəaliyyət göstərir ki, bu da tibb briqadalarının hərəkətinə mane olur.
Oxşar xəbərlər
Uqandada Ebola virusuna yoluxanların sayı beşə çatıb
Konqodakı amerikalılar Ebola xəstələri ilə təmasda şübhəli bilinirlər
ÜST Ebola epidemiyasına görə Konqo və Uqandada fövqəladə vəziyyət elan edib
Konqoda Ebola epidemiyasının yeni dalğası qeydə alınıb
Afrikada Ebola həyəcanı: 65 nəfər öldü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb - FOTO
-
XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub
-
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
-
Dünya Bankı: Ötən ay Avropa və ABŞ-da təbii qaz bahalaşıb
-
ADA Universitetində 14-cü Beynəlxalq Festivalın açılışı olub
