İcra başçısı: "Ağdaşda çəltikçiliyi inkişaf etdirirmək üçün yeni toxumçuluq təsərrüfatı yaradılacaq"
sizinxeber.az xəbər saytı

İcra başçısı: "Ağdaşda çəltikçiliyi inkişaf etdirirmək üçün yeni toxumçuluq təsərrüfatı yaradılacaq"


Ağdaş rayonunun ənənəvi sahələrindən biri olan çəltikçiliyin inkişaf etdirilməsi məqsədilə yeni toxumçuluq təsərrüfatı yaradılacaq və təsərrüfatda yetişdiriləcək yüksək reproduksiyalı toxumlar hesabına məhsuldarlığın artırılacaq.

"Sizinxeber.az"un Ağdaşa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsi məqsədilə keçirilən regional müşavirədə bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsulları üçün tədarük məntəqəsinin, aqroparkların yaradılması, suvarma sistemlərinin təkmilləşdirilməsi, əkin dövriyyəsinin genişləndirilməsi, müasir aqrotexniki üsulların tətbiqi, bağçılıq, çəltikçilik, toxumçuluq və tingçilik bazasının gücləndirilməsi, fermerlərin maarifləndirilməsi və subsidiyalardan səmərəli istifadənin təmin olunması istiqamətində ardıcıl işlərin həyata keçirilməsi nəzərdə tutulur: "Eyni zamanda, rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması məqsədilə Ağdaş Rayon İcra Hakimiyyətinin sifarişi əsasında Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu tərəfindən "Ağdaş rayonunun strateji inkişaf planı"nın hazırlanması layihəsinin icrasına başlanılıb. Ağdaşlı fermerlər 1 000 hektar müasir suvarma sistemlərinin qurulması nəticəsində ərzaqlıq buğda istehsalının artırılaraq məhsuldarlığın 50 sentnerə yüksəltməyi, o cümlədən intensiv bağların əkin sahələrinin artırılması, eləcə də cins heyvandarlığın inkişaf etdirilərək, sayının 5 000 başa çatdırılmasını qarşıya məqsəd qoyublar. Rayonun ənənəvi sahələrindən biri olan çəltikçiliyin inkişaf etdirilməsi məqsədilə yeni toxumçuluq təsərrüfatı yaradılacaq və təsərrüfatda yetişdiriləcək yüksək reproduksiyalı toxumlar hesabına məhsuldarlığın artırılmasına nail olunması nəzərdə tutulub".

O əlavə edib ki, suvarılmayan 15 800 hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb olunması istiqamətində başlanılmış layihələrin sona çatdırılması Dövlət Proqramında nəzərdə tutulan hədəflərə çatmağa və əkin dövriyyəsinə yeni torpaqların cəlb olunmasına imkan yaradacaq: "Qarşıdakı dövrdə əsas məqsəd öhdəliklərin real göstəricilərə çevrilməsi və aqrar sahədə dayanıqlı inkişafın təmin olunmasıdır. İnanırıq ki, bugünkü müşavirə aqrar sahənin gələcək inkişaf perspektivlərinin müzakirəsi, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin səmərəli icrasının təmin edilməsi baxımından faydalı olacaq, regionlar arasında əməkdaşlığın və təcrübə mübadiləsinin daha da genişlənməsinə, həmçinin Ağdaş rayonunda aqrar sahəsinin inkişafına mühüm töhfə verəcək".

Oxşar xəbərlər

Zeynal Nağdəliyev: "Aqroparkların yaradılması bəzi kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığı aradan qaldıracaq"
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Vahid Hacıyev: "Aqrar sektorda istehsal və emal imkanları genişləndiriləcək"
Rəşad Hüseynov: "Yeni Dövlət Proqramı kənd təsərrüfatının bütün alt sektorlarını əhatə edəcək"
Aqrar sahədə məhsuldarlığın yüksəlməsinə xidmət edən əsas amillər açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər