Antonelli Monako Qran-prisinin qalibi olub
"Mercedes" komandasının pilotu Kimi Antonelli "Formula 1" üzrə Monako Qran-prisinin qalibi olub.
"Report" xəbər verir ki, ikinci yeri "Ferrari"dən britaniyalı Lüis Hemilton, üçüncü yeri isə "Red Bull" komandasının fransalı pilotu İsak Hadyar tutub.
"Formula 1" üzrə dördqat çempion Maks Ferstappen start xəttində avtomobilinin dayanması səbəbindən yarışdan kənarlaşdırılıb. Monakolu Şarl Lekler "Ferrari"ni divara çırpıb və bununla da komanda ilə yeni müqavilə imzaladıqdan sonra ilk yarışını başa vurub.
Hadisədən sonra trasda qırmızı bayraqlar dalğalandırılıb və yarış dayandırılıb.
Çempionatın ümumi sıralamasında Antonelli 156 xalla liderlik edir. Yeddiqat dünya çempionu Hemilton (90 xal) ikinci yerə yüksəlib. "Mercedes" komandasında çıxış edən Corc Rassel (88 xal) üçnücü sırada qərarlaşıb.
Oxşar xəbərlər
Antonelli "Formula 1" üzrə Monako Qran-prisinin təsnifat mərhələsinin qalibi olub
"Formula 1": Antonelli ardıcıl üçüncü dəfə qalib gəlib
Ferstappen “Formula 1” Mayami Qran-prisinin qalibi olub
"Formula 1" üzrə ABŞ Qran-prisinin qalibi müəyyənləşib
Antonelli "Formula 1" Mayami Qran-prisinin təsnifat mərhələsinin qalibi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hemant Mistri: Hörmüzün bağlanması ekoloji təmiz aviasiya yanacağının qiymətinin artmasına səbəb olub
-
Çin Tayvan sahillərində xüsusi əməliyyata başladığını elan edib
-
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
-
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında ikinci görüşünü keçirəcək
-
IATA 2030-cu ilə qədər SAF istehsalı üzrə bir çox layihənin reallaşacağına şübhə ilə yanaşır
-
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
