Tomoko Lida: "2036-cı ilə qədər Azərbaycanda siqaret istifadəsi iki dəfə azala bilər"
sizinxeber.az xəbər saytı

Tomoko Lida: "2036-cı ilə qədər Azərbaycanda siqaret istifadəsi iki dəfə azala bilər"


Azərbaycanda tüstüsüz gələcək istiqamətində yeni transformasiya dövrü başlanır.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Philip Morris International" (PMİ) şirkətinin Cənub-Şərqi Asiya, MDB və Yaxın Şərqdə Elmi Məsələlər üzrə direktoru Tomoko Lida "Dayanıqlılıq və enerji transformasiyası" mövzusunda Bakıda keçirilən "Technovation" Forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycanda yetkin əhalinin təqribən 20 %-i siqaret istifadə edir: "Kişilər arasında isə bu göstərici 35-40 % həddindədir. Bu, olduqca böyük bir rəqəmdir. Eyni zamanda, qeyri-infeksion xəstəliklər - xərçəng, ürək-damar və ağciyər xəstəlikləri - üçün siqaret üçüncü əsas risk amilidir. Bununla belə, əhalinin əhəmiyyətli hissəsi hələ də siqaret çəkməkdə davam edir. Əgər siqaretin tərgidilməsi və ya daha az zərərli alternativlərə keçid həyata keçirilərsə, bu, işçi qüvvəsinin sağlamlığını və məhsuldarlığını xeyli artıracaq.

Azərbaycanın iqtisadi diversifikasiya yolunda irəliləməsini nəzərə alsaq, sağlam insan kapitalı strateji baxımdan böyük önəm daşıyır. Bundan başqa, siqaret çəkən şəxslərdə işə gəlməmə riski siqaret istifadə etməyənlərə nisbətən təxminən 30 % daha yüksəkdir. Bu isə o deməkdir ki, daha az zərərli alternativlərə keçid işçi qüvvəsinin daha sağlam və daha səmərəli olmasına kömək edə bilər. Mən hesab edirəm ki, bu transformasiya Azərbaycanın iqtisadi inkişafında əhəmiyyətli rol oynaya bilər".

T. Lida 2036-cı ilə qədər Azərbaycanda siqaret istifadəsinin iki dəfə azalması hədəfinin real olduğunu düşünür. Onun fikrincə, qlobal səviyyədə artıq 43,5 milyon insan, yəni siqaret istifadəçiləri - siqareti tamamilə tərgidərək daha az zərərli alternativlərə keçid edib: "Üstəlik, bu dəyişiklik yalnız bir neçə ölkə ilə məhdudlaşmır, ümumilikdə 108 ölkədə müşahidə edilir. Bu fakt bir həqiqəti aydın ortaya qoyur: qanuni yaşda olan siqaret istifadəçiləri onlara ən çox zərər verən yanan siqaretlərdən imtina edərək daha az zərərli alternativlərə üstünlük verirlər. İndi Yaponiya nümunəsinə diqqət yetirək. Biz bu daha az zərərli alternativləri 10 il bundan əvvəl təqdim etdik və nəticə olduqca aydın oldu".

Onun sözlərinə görə, cəmi on il müddətində siqaret çəkmə nisbəti iki dəfə aşağı düşdü: "Bu, son dərəcə əhəmiyyətli bir nailiyyət idi. Hökumət bundan öncə müxtəlif addımlar ataraq, vergiləri artırıb, siqaret çəkilməsinə dair məkan məhdudiyyətləri və başqa tənzimləyici tədbirlər həyata keçirib. Lakin bu addımların heç biri siqaret istifadəsinin azaldılmasında alternativ məhsulların tətbiqi qədər təsirli olmadı. Məhz buna görə biz bu nəticələrdən qürur duyuruq və real dünya təcrübəsi sübut edir ki, bu transformasiya artıq geriyə dönülməz xarakter daşıyır".

Azərbaycan kontekstinə nəzər salaraq T. Lida bildirib ki, 2015-ci ildə Yaponiyada siqaret çəkmə nisbəti təqribən 20 % idi, hazırda isə bu rəqəm 10 %-ə enib: "Azərbaycanda da vəziyyət bənzərdir - bu gün siqaret çəkmə yayğınlığı təxminən 20 % civarındadır. Təsəvvür edin ki, 2036-cı ildə bu göstərici yarıya qədər azalsın. Mən inanıram ki, bu, real və nail oluna bilən hədəfdir və biz də bu prosesin bir hissəsi olmağa tam hazırıq".

Onun açıqlamasına görə, şirkət "tüstüsüz gələcək" yaratmaq məqsədi ilə fəaliyyət göstərir: "Bu o deməkdir ki, dünyada siqaret istifadəsinə davam edən insanlar üçün daha az zərərli alternativ məhsulların yaradılması, elmi cəhətdən əsaslandırılması və kommersiya dövriyyəsinə çıxarılması istiqamətində bütün biznes modelimizi kökündən dəyişirik. İlk baxışda bu bir qədər qeyri-adi görünə bilər. Çünki siz bizi əsasən siqaret istehsalçısı kimi tanıyırsınız. Bu halda sual meydana çıxır: niyə bu cür köklü dəyişikliyə gedirik? Elm tamamilə aydın şəkildə sübut edir ki, siqaret çəkmək insan sağlamlığına ciddi zərər vurur. Məhz buna görə tədqiqatlara investisiya yatırmaq və daha az zərərli alternativlər təklif etmək daha düzgün və məsuliyyətli yanaşmadır. Biz bu məqsədlə çalışırıq. Başa düşürük ki, bu, olduqca iddialı bir hədəfdir. Lakin bu istiqamətdə qətiyyətliyik. 2030-cu ilə qədər məqsədimiz xalis gəlirimizin üçdə iki hissəsini siqaretin daha az zərərli alternativlərindən əldə etməkdir. Bunun qeyri-real olduğu düşünülə bilər. Ancaq artıq xalis gəlirimizin 43 %-i bu alternativ məhsullardan təmin olunur. Bu fakt göstərir ki, söhbət sadəcə nəzəri bir ideyadan deyil, artıq reallığa çevrilmiş bir transformasiyadan gedir"

Oxşar xəbərlər

PMI: Azərbaycanda əhalinin 20%-i siqaret istifadə edir və bunun azalma potensialı var
Alimlər müəmmalı erkən insultların səbəbini açıqlayıblar
Britaniyada ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanun sərtləşdiriləcək
Forbes Philip Morris International-ı Net Zero liderləri siyahısına daxil edib
Bolqarıstan XİN əməkdaşları siqaret qaçaqmalçılığına görə saxlanılıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər