IDB Barbadosun iqlim mühafizəsi modelini digər Karib hövzəsi ölkələrinə genişləndirir
sizinxeber.az xəbər saytı

IDB Barbadosun iqlim mühafizəsi modelini digər Karib hövzəsi ölkələrinə genişləndirir


"Inter-American Development Bank" (IDB) təbii fəlakətlərə və iqlim dəyişikliklərinə hazırlıq üçün 10 milyon dollardan çox qrant maliyyələşməsini nəzərdə tutan "Ready and Resilient Americas" proqramına başlayır.

"Report" xəbər verir ki, bu barədə IDB-nin nümayəndəsi Xuan Pablo Bonilya Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, təşəbbüs üç əsas istiqamətə cəmlənib: risklər haqqında məlumat sistemləri, ölkələr və subregional şəbəkələr arasında koordinasiya, eləcə də dayanıqlılığa investisiyalar və risklərin bölüşdürülməsi üçün innovativ maliyyə mexanizmlərinin tətbiqi.

X.Bonilya qeyd edib ki, proqram regional koordinasiyanın gücləndirilməsinə, dövlətlərin təbii fəlakətlərin və iqlim dəyişikliklərinin nəticələrinə reaksiya vermək üçün hazırlığının artırılmasına yönəlib.

O, həmçinin bildirib ki, Karib hövzəsi ölkələri dayanıqlılıq sahəsində yeni yanaşmaların, o cümlədən risklər haqqında açıq məlumatların, koordinasiya mexanizmlərinin və innovativ maliyyələşmənin tətbiqi üçün potensial meydança kimi nəzərdən keçirilir.

Nümunə kimi IDB nümayəndəsi 2024-cü ildə iqlim və maliyyə dayanıqlılığının gücləndirilməsi üzrə proqramın təsdiq edildiyi Barbadosu göstərib.

Bonilya bildirib ki, hazırda IDB bu modeli Karib hövzəsinin digər ölkələrinə də yayır.

Bundan əlavə, bank reaksiya müddətini qısaltmaq və təbii fəlakətlərin əhalinin ən həssas qrupları üçün nəticələrini minimuma endirmək məqsədilə artıq Karib regionu dövlətlərində 1,1 milyard dollar məbləğində ehtiyat maliyyələşmə yerləşdirib.

Oxşar xəbərlər

ECLAC: Yeni şəhər inkişaf modelinə ehtiyac var
İqlim dəyişiklikləri ilə mübarizəyə dair fövqəladə hallar fondunun yaradılması təklif olunur
CTU Baş katibi: "COP29 Bəyannaməsi kiçik ada dövlətlərinə iqlim dəyişikliyinə qarşı alətlər təqdim edir"
IFC Azərbaycanı qlobal dayanıqlı su infrastrukturu proqramına daxil edib
“J.P. Morgan”: Bazarlar iqlim dəyişikliklərinə zamanla cavab verəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər