Vüsal Hüseynov: WUF13-ün Bakıda keçirilməsi ölkəmizin uğurlu diplomatik fəaliyyətinin göstəricisidir
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakı şəhərində keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun, uğurlu diplomatik fəaliyyətinin və qlobal inkişaf gündəliyinə verdiyi töhfələrin göstəricisi kimi dəyərləndirilir.
"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, forum çərçivəsində əsas diqqətçəkən istiqamətlərdən biri "miqrasiya və şəhərlər" mövzusudur: "Bu istiqamətdə keçirilən yüksəksəviyyəli tədbirdə bildirilib ki, bugünkü müzakirələr iki həftə əvvəl BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilmiş Beynəlxalq Miqrasiya İcmalı Forumunun davamı xarakteri daşıyır".
DMX rəisi vurğulayıb edib ki, dünyada miqrasiya prosesləri sürətlə artır. 2050-ci ilə qədər dünya əhalisinin 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır.
O qeyd edib ki, miqrasiya prosesləri ən çox şəhərlərdə özünü göstərir və onun müsbət təsirləri yalnız düzgün şəhər idarəçiliyi vasitəsilə əldə oluna bilər.
V.Hüseynov əlavə edib ki, bu tədbirin gələcəkdə də davam etdirilməsi planlaşdırılır: "Biz beynəlxalq şəhərsalma platformalarında miqrasiya məsələlərinin daim diqqətdə saxlanılmasına çalışacağıq".
Oxşar xəbərlər
DMX rəisi: 2050-ci ilə qədər dünya əhalisinin 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır
Uqoçi Daniels: Dünyada 300 milyon miqrant var
Nyu-Yorkda WUF13-ün qlobal təşviqinə dəstək məqsədilə əlavə tədbirlər keçiriləcək
Vüsal Hüseynov: MDB dövlətləri ilə Azərbaycan arasında aktiv miqrasiya dinamikası mövcuddur
Vüsal Hüseynov: Azərbaycan miqrasiya idarəetməsi modeli hazırlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
-
ABŞ Senatı ilk dəfə İrana qarşı hərbi əməliyyatlara son qoyulmasına səs verib
