Azərbaycanla Serbiya arasında təhsil sahəsində əməkdaşlıq sazişi imzalanacaq
sizinxeber.az xəbər saytı

Azərbaycanla Serbiya arasında təhsil sahəsində əməkdaşlıq sazişi imzalanacaq


Azərbaycanla Serbiya arasında yaxın aylarda təhsil sahəsində əməkdaşlıq sazişi imzalanacaq.

"Bunu Serbiyanın təhsil naziri Dejan Vuk Stankoviç "Serbiyada Dünya" təhsil proqramının 15 illiyinə həsr olunmuş tədbirdə "Sizinxeber.az"un Balkan bürosuna açıqlamasında bildirib.

O qeyd edib ki, bu barədə azərbaycanlı həmkarı Emin Əmrullayevlə bir neçə gün əvvəl müzakirə aparıb:

"Biz bu istiqamətdə çalışırıq və çox güman ki, yaxın aylarda həmin müqaviləni imzalamaq üçün Azərbaycana səfər edəcəyik. Müqavilə idman, akademiyalar arası əməkdaşlıq, birgə proqramlar, universitetlər arasında tələbə mübadiləsi kimi sahələri əhatə edəcək".

Nazir əlavə edib ki, Serbiyanın Azərbaycanla təhsil sahəsində əməkdaşlığı çərçivəsində yaxşı nəticələr verəcək vacib işlər üzərində səy göstəriləcək.

Oxşar xəbərlər

Azərbaycanla Rusiya arasında elm və təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
Nazir: Azərbaycan və Qazaxıstan təhsil sahəsində əməkdaşlığı genişləndirməlidir
Azərbaycanla Gürcüstan təhsil sahəsində gələcək inkişaf perspektivlərini müzakirə edib
Nikola Selakoviç mayın əvvəlində Azərbaycana səfər edəcək
Azərbaycanla Qazaxıstan təhsil sahəsində oxşar hərəkət modelindən istifadəyə qərar verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər