Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş olub.
Bu barədə Sizinxeber.az-ya Dövlət Komitəsindən məlumat verilib.
Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov qonaqları səmimiyyətlə salamlayaraq, onlara qurumun hazırkı fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin sosial siyasətində qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısı daim prioritet istiqamət olub. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da hər zaman onların problemlərinin həllinə xüsusi həssaslıq və diqqət göstərib. Dövlət başçısının rəhbərliyi ilə hazırda ölkəmizdə işğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən salınan yaşayış məntəqələrinə Böyük Qayıdış həyata keçirilir.
F.Hüseynov vaxtilə qaçqınlıq və məcburi köçlünlük probleminin həlli ilə bağlı məsələlərdə beynəlxalq təşkilatların Azərbaycana dəstək verdiyini xatırladaraq, IFRC ilə əməkdaşlığın da bu baxımdan əhəmiyyətli olduğunu bildirib. Komitə ilə AzQAC-nın qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq əlaqələrinin isə uğurla davam etdirildiyi vurğulanıb.
Son illərdə Dövlət Komitəsi ilə AzQAC arasında əməkdaşlıq çərçivəsində bir sıra mühüm layihələr və maarifləndirmə tədbirləri həyata keçirilib. Bu çərçivədə Bərdə, Füzuli və Sumqayıt şəhərlərində, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində və Ağdam rayonunda yerləşən Baharlı qəsəbəsində mina təhlükəsi ilə bağlı tədbirlər təşkil olunub. Bununla yanaşı, Dövlət Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində “Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış” mövzusunda məcburi köçkünlər üçün təlimlər keçirilib. “Qapı-qapı” və “Məktəb” formatında təşkil olunan sessiyalar zamanı vətəndaşlara mina təhlükəsi, xəbərdaredici nişanlar, təhlükəsiz davranış qaydaları və aidiyyəti dövlət qurumlarına müraciət mexanizmləri barədə ətraflı məlumat verilib. Təlimlərdə 20 mindən çox məcburi köçkün iştirak edib.
Görüşdə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, humanitar və inkişafyönümlü layihələrin icrası sahəsində mühüm nəticələrin əldə edildiyi qeyd olunub.
Qonaqlar göstərilən səmimi münasibətə görə minnətdarlıqlarını ifadə edərək, Dövlət Komitəsi ilə əməkdaşlığın uzunmüddətli və səmərəli xarakter daşıdığını bildiriblər. Həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri yüksək qiymətləndirilib, gələcəkdə də birgə fəaliyyətin davam etdirilməsinin önəmi vurğulanıb.
Oxşar xəbərlər
Ağdamda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
“Böyük Qayıdışda bərabərik” adlı maarifləndirmə tədbiri keçirilib
Milli Marketinq Forumunun Böyük Qayıdışa həsr olunmuş paneli keçirilib - FOTO
Ağalı kəndindən VİDEOÇARX
Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
