IFC Azərbaycanı qlobal dayanıqlı su infrastrukturu proqramına daxil edib
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanı qlobal dayanıqlı su infrastrukturu proqramına daxil edib.
"Sizinxeber.az" xəbər verir ki, bunu İFC-nin Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova Bakıda keçirilən “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda deyib.
“Dünyada su problemi dərinləşir və Azərbaycan bu prosesdən kənarda deyil. Ölkədə artıq su qıtlığı hiss olunur, havaların qeyri-sabit olması isə vəziyyəti daha da pisləşdirir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, bu innovativ güzəştli maliyyə həlli, dünyanın ən böyük iqlim fondu olan Yaşıl İqlim Fondu ilə proqram xarakterli əməkdaşlıq çərçivəsində həyata keçirilir.
"Proqram su və iqlim əlaqəsinin artan əhəmiyyətini vurğulayaraq, su və kanalizasiya layihələrinin işləkliyini və əlverişli maliyyələşdirmə imkanlarını dəstəkləyəcək. Bu təşəbbüs Azərbaycanın su və tullantı suları sektoruna özəl investisiyalar üçün güzəştli maliyyəyə çıxışını təmin edəcək, həmçinin su və kanalizasiya layihələri üçün dövlət-özəl tərəfdaşlığı modelinin strukturlaşdırılmasında qrant maliyyəsi ilə dəstək olacaq", - A. Əzimova əlavə edib.
Oxşar xəbərlər
Samirə Musayeva: "Azərbaycanda karbon vergilərinin geri qaytarılmasına yönəlik mexanizmlər hazırlanmalıdır"
Nazir müavini: "Yaşıl infrasturkutur"u və "yaşıl ekosistem"i inkişaf etdirməyə məcburuq"
Vladanka Andreyeva: “2050-ci ilə qədər sıfır karbon hədəfinə çatmaq üçün imkan pəncərəsi daralır”
BMT-nin rezident əlaqələndiricisi: Dünyanın diqqətinin Bakıya yönəlməsinə 10 gün qalıb
Yalçın Rəfiyev: "COP29 maliyyələşmə ilə bağlı yeni qərarların qəbuluna imkan verəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












