Azərbaycan Dünya Bankı ilə dənizdə külək enerjisi layihələrini müzakirə edib - YENİLƏNİB
Azərbaycan və Dünya Bankı arasında dənizdə külək enerjisi layihələri, ağıllı şəbəkə texnologiyalarının tətbiqi və batareya enerji saxlama sistemləri (BESS) üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
"Sizinxeber.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Pərviz Şahbazov və Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeri Levkovun iştirakı ilə keçirilən görüşdə aparılıb.
Dünya Bankı tərəfindən bu istiqamətlərdə Azərbaycana dəstək göstərməyə hazır olduqları ifadə edilib.
Görüşdə bərpa olunan enerji, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji səmərəliliyi və regional enerji bağlantıları sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Azərbaycan ilə Dünya Bankı arasında karbohidrogenlərdən başlayaraq bərpa olunan enerji layihələrinədək müxtəlif istiqamətlər üzrə uğurlu əməkdaşlığın formalaşdığı və bu əməkdaşlığın gələcək illərdə daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğu qeyd edilib. Bildirilib ki, Azərbaycanın bərpa olunan enerji sahəsində qısa müddətdə əldə etdiyi nəticələr enerji sektorunda həyata keçirilən islahatların mühüm göstəricisidir. Azərbaycanın enerji sahəsində həyata keçirdiyi proqramların, xüsusilə ötürücü şəbəkənin gücləndirilməsi, regional enerji inteqrasiyası və enerji səmərəliliyi istiqamətində görülən işlərin böyük əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, son illərdə qlobal enerji sektorunda əsas çağırışlardan biri ötürücü şəbəkələrin dayanıqlılığı və bərpa olunan enerji güclərinin sistemə inteqrasiyasıdır. Bu baxımdan Azərbaycanın ötürücü şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər düzgün və strateji yanaşma kimi qiymətləndirilib. Bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi (AZURE) layihəsi çərçivəsində həyata keçirilən işlər nəzərdən keçirilib.
Görüş zamanı Azərbaycanın regional enerji bağlantıları üzrə təşəbbüsləri xüsusi diqqət mərkəzində olub. Qara dəniz və Şərqi Avropa istiqamətində Yaşıl Enerji Dəhlizi layihəsi üzrə texniki-iqtisadi əsaslandırma işlərinin gedişatı barədə məlumat verilib. Bununla yanaşı, Azərbaycan - Mərkəzi Asiya, eləcə də Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan interkonnektor layihələri üzrə aparılan işlər müzakirə olunub. Xəzər regionundan Naxçıvan və Türkiyə istiqamətində ötürücü xətt layihəsinin də icra mərhələsində olduğu diqqətə çatdırılıb.
Həmçinin Dünya Bankı ilə ESCO modeli əsasında enerji səmərəliliyi layihələrinin həyata keçirilməsi üzrə əməkdaşlıq imkanları da dəyərləndirilib. Bildirilib ki, dövlət vəsaiti olmadan özəl sektorun enerji qənaəti hesabına gəlir əldə etdiyi bu model Azərbaycan üçün də faydalı ola bilər.
Azərbaycan və Dünya Bankı arasında dənizdə külək enerjisindən istifadə istiqamətlərində əməkdaşlıq imkanları əmüzakirə edilib.
"Sizinxeber.az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, bu müzakirələr Pərviz Şahbazovla Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeri Levkov arasında keşirilən görüşdə aparılıb.
Görüşdə bərpa olunan enerji, ötürücü və paylayıcı şəbəkələrin modernləşdirilməsi, regional interkonnektor layihələri və "Bərpa olunan Enerji Mənbələrinin Şəbəkəyə İnteqrasiyası (AZURE)" layihəsi üzrə əməkdaşlıq məsələlərini müzakirə edilib.
Nazir bildirib ki, enerji səmərəliliyində ESCO (Energy Service Company) modeli, enerji saxlanc sistemləri və ağıllı şəbəkələr istiqamətlərində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan Dünya Bankı ilə batareya enerji saxlama sistemləri üzrə əməkdaşlığı müzakirə edib
Azərbaycan Dünya Bankı ilə dənizdə külək enerjisindən istifadəni müzakirə edib
Azərbaycan Dünya Bankı ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycan Dünya Bankı ilə dənizdə külək enerjisini müzakirə edib - YENİLƏNİB
Azərbaycan Dünya Bankı ilə dənizdə külək enerjisini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
-
ABŞ Senatı ilk dəfə İrana qarşı hərbi əməliyyatlara son qoyulmasına səs verib
