Hacıyev: Minalar azad olunmuş ərazilərdə bərpa prosesini çətinləşdirir
Azərbaycanın azad edilmiş ərazilərində mina təhlükəsi səbəbindən bərpa işlərinin templəri üçün ciddi məhdudiyyətlər qalmaqdadır.
"Sizinxeber.az"un məlumatına görə, bunu Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən WUF13 çərçivəsində "Dirçəliş və urbisid: davamlı şəhər inkişafı və dayanıqlı icmalar" mövzusuna həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.
Onun sözlərinə görə, ərazilərin əhəmiyyətli hissəsi minalanmış vəziyyətdə qalır ki, bu da tikinti və infrastruktur layihələrinin icrasına birbaşa təsir göstərir: "Buna görə bəzi tikinti işləri daha yavaş gedir".
V.Hacıyev qeyd edib ki, minalardan təmizləmə azad olunmuş ərazilərin bərpası prosesinin əsas istiqamətlərindən biridir.
O əlavə edib ki, minalardan təmizləmə işləri dövlət və özəl qurumlar tərəfindən aparılır.
Oxşar xəbərlər
Vahid Hacıyev: Azərbaycan ərazisindən yükdaşımalar ildə 50 milyon ton arta bilər
Vahid Hacıyev: "Qarabağda Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun yeni yaşayış məhəllələri salınır"
Ötən həftə azad olunmuş ərazilərdə 110 mina zərərsizləşdirilib
Xüsusi nümayəndə: "Qarabağda müasir şəhərsalma və transformasiya layihələri həyata keçirilir"
Hikmət Hacıyev: İşğal dövründə aparılan tikinti işləri beynəlxalq hüquqa görə qeyri-qanunidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
-
ABŞ Senatı ilk dəfə İrana qarşı hərbi əməliyyatlara son qoyulmasına səs verib
