Solomon Adaları nümayəndəsi: "Dəniz səviyyəsinin yüksəlməsi əcdadlarımızın torpaqlarını yox edir"
Dəniz səviyyəsinin yüksəlməsi əcdadlarımızın torpaqlarını yox edir.
"Report" xəbər verir ki, bunu Solomon Adalarından "Dreamcast" Teatrının aktyoru və teatr rejissoru Gillian Herdi Oti Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "İqlim cəbhələrindən hekayələr" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bu torpaqlar sadəcə bir ərazi olmaqdan daha çox şey ifadə edir: "Onlar bizim hekayələrimizi, riflərimizi (mərcan qayalıqlarımızı), kəndlərimizi və nəsil şəcərəmizi özündə yaşadır. Onlar yox olduqda, itən şey sadəcə coğrafi ərazi olmur; itən bizim kimliyimiz və aidiyyatımızdır. İstər Honiaraya, istərsə də digər əyalət adalarına köçmək dərin emosional gərginlik gətirir. Ailələr müqəddəs məkanları, məzarlıqları və ənənəvi toplaşma yerlərini geridə qoyurlar. İcmalar kökdən qoparıldıqda adət-ənənələrimiz, mədəni rituallarımız pozulur. Balıqçılıq, bağçılıq və mərcan qayalıqlarından məhsul toplamaqla bağlı olan dolanışıq mənbələri zəifləyir və onlarla birlikdə bizi torpağa və okeana bağlayan qoruyuculuq (sahiblik) hissi də itir".
"Şəhərlərə miqrasiya isə bura daha bir çətinlik qatı əlavə edir. Həddindən artıq sıx məskunlaşma mədəni kimliyi zəiflədir və bir çox insanı ənənəvi həyat tərzindən qopmuş vəziyyətdə qoyur. Gənclərimiz üçün iqlim təsirləri imkanları və arzuları yenidən formalaşdırır; onların özlərini, mədəniyyətlərini və dünyadakı yerlərini necə gördüklərini dəyişir", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Kiribati rəsmisi: "Dəniz səviyyəsinin qalxmasından əziyyət çəkirik"
Umayra Tağıyeva: "Qlobal urbanizasiya iqlim risklərini dərinləşdirir"
Braziliya rəsmisi: Amazon hövzəsində urbanizasiya narahatlıq doğurur
Monika Kuffer: Süni intellekt qeyri-rəsmi yaşayış məskənlərinin inkişafını izləməyə kömək edir
OECD ölkələrində sosial kirayə məqsədli mənzillərin payı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
-
ABŞ Senatı ilk dəfə İrana qarşı hərbi əməliyyatlara son qoyulmasına səs verib
