"Kəpəz" baş məşqçi postuna Avropanın 4 ölkəsindən namizədləri nəzərdən keçirir - EKSKLÜZİV
"Kəpəz"in baş məşqçi postuna İtaliya, Bosniya və Herseqovina, Serbiya və Portuqaliyadan olan mütəxəsisslər namizəddir.
Bunu "Sizinxeber.az"a açıqlamasında Gəncə klubunun İdarə Heyətinin üzvü Fərman Əlizadə bildirib.
O, Misli Premyer Liqasının sonuncu - XXXIII turunda "Neftçi" ilə keçirəcəkləri matçdan sonra vidalaşacaqları baş məşqçi Azər Bağırovun əvəzləyicisini axtardıqlarını bildirib:
"Siyahımız genişdir. Seçimimizdə yanılmaq istəmirik. Təbii ki, əcnəbi mütəxəsis seçimi ilə bağlı düşüncələrimiz var. Sizə deyə bilərəm ki, İtaliya, Bosniya və Herseqovina, Serbiya və Portuqaliyadan olan baş məşqçilərlə maraqlanırıq. Portuqaliyalı mütəxəssis "İmişli"də çalışan Jorj Kaşkilya deyil. O, ölkəsinin I Liqasında işləyən çalışdırıcıdır. Bəzi yerli baş məşqçilərlə də danışıqlarımız olub. "Kəpəz" üçün ən uğurlu seçimi etmək istəyirik. İnanırıq ki, yeni mövsümdə azarkeşlərimizə qələbələr bəxş edə biləcəyik".
F.Əlizadə "Neftçi" ilə görüşdən sonra baş məşqçi məsələsində mühüm irəliləyişə nail olacaqlarını bildirib.
Qeyd edək ki, "Kəpəz" - "Neftçi" oyunu mayın 23-də, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Həmin matçdan sonra qərb klubunun baş məşqçisi Azər Bağırovun komandadan gedişi rəsmiləşəcək.
Oxşar xəbərlər
"Kəpəz"in baş məşqçi postuna əsas namizəd müəyyənləşib
"Kəpəz" rəsmisi: "Əminliklə demək istəyirəm ki, yeni baş məşqçi əcnəbi olmayacaq"
Azərbaycan çempionatları tarixində çalışmış əcnəbi baş məşqçilərin sayı 67-yə çatıb
Azərbaycan çempionatları tarixində çalışmış əcnəbi mütəxəssislərin sayı 67-yə çatıb
Poçettino yenidən "Tottenhem"in baş məşqçi postuna namizəddir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
-
ABŞ Senatı ilk dəfə İrana qarşı hərbi əməliyyatlara son qoyulmasına səs verib
