Dünya Bankı şəhər infrastrukturuna özəl investisiyaların cəlb edilməsini dəstəkləməyə hazırdır
sizinxeber.az xəbər saytı

Dünya Bankı şəhər infrastrukturuna özəl investisiyaların cəlb edilməsini dəstəkləməyə hazırdır


Bələdiyyələrin infrastrukturuna özəl kapitalın cəlb edilməsi kəskin zərurətdir.

"Sizinxeber.az"un məlumatına görə, bunu Dünya Bankının infrastruktura üzrə vitse-prezidenti Valeri Levkov (Valérie Levkov) Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Maliyyə cəhətdən cəlbedici bələdiyyələr, rahat şəhərlər. Şəhərlər lazımi miqyasda uzunmüddətli maliyyə vəsaitini necə cəlb edə bilər?" mövzusunda panel müzakirəsində bəyan edib.

"Şəhər infrastrukturunun inkişafına investisiya qoyuluşu dövrümüzün əsas problemlərindən biri olaraq qalmaqda davam edir. Şəhərlərin sistemli inkişafına can atırıqsa, özəl investisiyaların cəlb edilməsi artıq seçim məsələsi olmaqdan çıxıb. Bununla yanaşı, inkişaf etməkdə olan dövlətlərin bələdiyyə infrastrukturuna yönəldilən özəl kapitalın həcmi son dərəcə cüzi və sabit şəkildə aşağı olaraq qalır.

Məsələn, inkişaf etməkdə olan dünyanın 100 ən böyük şəhərindən yalnız 35-i 2023-cü ilə qədər bələdiyyə istiqrazları buraxılışını həyata keçirib. Dünya Bankı Qrupu məhz bu istiqamətdə mövcud olan bütün alətləri səfərbər edərək yardım göstərməyi planlaşdırır", - V.Levkov vurğulayıb.

Oxşar xəbərlər

Dünya Bankının vitse-prezidenti: "Mənzil sektoru qlobal ÜDM-in 15 %-ni formalaşdırır"
ADB: Bələdiyyələrin aşağı kredit qabiliyyəti əlçatan mənzil təminatı üçün əsas maneə olaraq qalır
DB: Orta Dəhliz şərq və qərb bazarlarının əlaqələndirilməsi üçün kritik əhəmiyyətə malik olacaq
Qlobal Merlər Paktı kiçik şəhərlər üçün investisiyaların cəlb edilməsi üsulunu təklif edib
Norio Saito: Asiyada kirayə mənzillərin inkişafı özəl investisiyaları cəlb edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər