Dioqu Dalo "Barselona" və "Real"a təklif olunub
sizinxeber.az xəbər saytı

Dioqu Dalo "Barselona" və "Real"a təklif olunub


İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Dioqu Dalo İspaniya təmsilçiləri "Barselona" və "Real"a təklif olunub.

"Sizinxeber.az" "El Nacional" nəşrinə istinadən xəbər verir ki, bu təklif məşhur agent Xorxe Mendeş tərəfindən irəli sürülüb.

Bu transfer klublara 24 milyon avroya başa gələ bilər.

İspaniya nəhəngləri müdafiənin sağ cinahını gücləndirmək niyyətindədir. Kataloniya təmsilçisi Jül Kundenin çıxışından narazıdır, madridlilər isə Dani Karvahalın yerinə başqa futbolçu almağı planlaşdırır.

Xatırladaq ki, 2018-ci ildən "qırmızı şeytanlar"ın heyətində çıxış edən Dioqu Dalonun hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Oxşar xəbərlər

"Real" "Portu"nun qapıçısı Dioqu Koştanı transfer etmək istəyir
"Mançester Yunayted" "Barselona"nın futbolçusu üçün 80 milyon avro təklif edib
"Barselona"nın yayda əsas transfer hədəfi bəlli olub
"Mançester Yunayted"in futbolçusu "Real"a keçə bilər
"Mançester Yunayted" "Real"ın qapıçısını transfer etmək istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər