UN-Habitat eksperti: Qlobal ÜDM-nin yalnız 0,6 %-i mədəniyyət sahəsindəki ictimai fondlara xərclənir
Qlobal Ümumi Daxili Məhsulun (ÜDM) yalnız 0.6 %-i mədəniyyət sahəsindəki ictimai fondlara xərclənir.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İctimai Məkan və Dövlət Siyasəti üzrə eksperti Katriya Bulutoğlu WUF13 çərçivəsində keçirilən "Şəhər icmaları üçün dayanıqlı, davamlı və adekvat mənzil təminatını dəstəkləyən ictimai infrastruktur obyektləri" adlı tədbirdə deyib.
O bildirib ki, hazırda milyonlarla insan qeyri-adekvat mənzil şəraitindən əziyyət çəkir:
"Bəzi insanların çoxşaxəli böhran adlandırdığı bir vəziyyətin şahidi oluruq. Bura iqlim dəyişikliyi, eləcə də qeyri-adekvat mənzil şəraiti və qeyri-müəyyən mühitlərlə bağlı bir-biri ilə kəsişən çətinliklər daxildir. Bu hesabatın aid olduğu kontekst məhz budur. Biz UN-Habitatın İctimai Məkan qrupunun üzvləri olaraq dünyanın 100 müxtəlif şəhərində fəaliyyət göstəririk. Biz burada ictimai məkana bir-biri ilə əlaqəli üç fərqli sahə prizmasından baxırıq. Bunlar küçələr, açıq məkanlar və ictimai obyektlərdir".
K.Bulutoğlu əlavə edib ki, qlobal Ümumi Daxili Məhsulun (ÜDM) yalnız 0,6 %-i mədəniyyət sahəsindəki ictimai fondlara xərclənir:
"Biz ictimai obyektlərin əhəmiyyətini vurğulamaq istəyirik. Onlar təhlükəsiz və inklüziv məkanlardır. Burada söhbət təkcə iqlim sığınacaqları kimi obyektlərdən yox, həm də müxtəlif icmaları bir araya gətirən obyektlərin oynaya biləcəyi roldan gedir. Ev sahibi olan icmalarla ölkə daxilində məcburi köçkün düşmüş insanların birgə yaşadığı yerlərdə və ya şəhərdəki digər icmalar üçün bunun əhəmiyyəti böyükdür".
Oxşar xəbərlər
Anaklaudia Rossbax: "Adekvat mənzil anlayışı iqlim risklərini də əhatə etməlidir"
UN-Habitat: Miqrantlar, nəqliyyat və boş mənzillər milli siyasətlərdə zəif əks olunur
Qlobal Şəhərlər Mərkəzi: Zəif yaşayış şəraiti ictimai sağlamlığa birbaşa təsir edir
UN-Habitat nümayəndəsi mənzil təminatındakı əsas çətinlikləri açıqlayıb
UN-Habitat rəsmisi: "Yaşıl sahələr və alternativ enerji sistemləri yaşayış keyfiyyətini artırır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
-
ABŞ Senatı ilk dəfə İrana qarşı hərbi əməliyyatlara son qoyulmasına səs verib
