Azərbaycanda 26 mindən artıq yararsız avtomobil utilizasiya edilib
Azərbaycanda tullantıların idarə olunması sahəsində mühüm layihələr həyata keçirilib.
Sizinxeber.az xəbər verir ki, bunu "Təmiz Şəhər"in İdarə Heyətinin sədri Etibar Abbasov WUF13 çərçivəsində “Tullantıların idarə edilməsinin dövri iqtisadiyyata doğru inkişaf etdirilməsi” adlı xüsusi sessiyada deyib.
O bildirib ki, Azərbaycanda tullantıların düzgün idarə olunması və şəhər mühitinin qorunması istiqamətində son illərdə bir sıra mühüm layihələr icra olunub. Bildirilib ki, “Təmiz Şəhər” 2008-ci ildə Prezidentin Sərəncamı ilə yaradılıb və əsas fəaliyyət istiqaməti Bakı şəhəri və Abşeron yarımadasında tullantıların idarə olunmasının təkmilləşdirilməsi olub.
Qeyd olunub ki, Azərbaycanın əsas məqsədlərindən biri tullantı idarəçiliyinə Bakıdan başlayaraq şəhərsalma siyasətinin mühüm hissəsi kimi yanaşmaqdır.
Çıxış zamanı vurğulanıb ki, Azərbaycan hökuməti ilə Dünya Bankı arasında müqavilə imzalanıb və layihə çərçivəsində Bakıda hazırda fəaliyyət göstərən, 120 hektar ərazini əhatə edən iri tullantı idarəetmə sahəsi yaradılıb. Eyni zamanda, layihə çərçivəsində Azərbaycan üçün tullantıların idarə olunması strategiyası hazırlanıb. 2009-cu ildə isə Bakıda Şərqi Avropada emal gücünə görə ən böyük tullantı yandırma zavodlarından biri inşa edilib. Zavodun illik emal gücünün yüz minlərlə ton olduğu qeyd edilib və müəssisənin enerji istehsalı imkanlarının da nəzərə alındığı bildirilib. Bununla bərabər, istifadəyə yararsız nəqliyyat vasitələrinin utilizasiyası layihəsinin artıq iki ildən çoxdur icra edildiyi qeyd olunub. Layihə çərçivəsində 26 mindən artıq yararsız avtomobil dövriyyədən çıxarılıb.
Bildirilib ki, avtomobillərini təhvil verən vətəndaşlara yeni nəqliyyat vasitəsi alarkən güzəştlər təqdim olunur.
Oxşar xəbərlər
Etibar Abbasov: "Azərbaycanda 26 mindən çox yararsız avtomobil utilizasiya edilib"
Nazir müavini son illərdə tibbi tullantıların artmasının səbəbini açıqlayıb
Tullantıların idarə edilməsi ilə bağlı strateji sənəd hazırlanır
Nazir müavini: Plastik tullantıların artması ekosistemin pozulmasına səbəb olur
Tibbi tullantıların idarə olunması sahəsində qanunvericilik təkmilləşdiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
-
ABŞ Senatı ilk dəfə İrana qarşı hərbi əməliyyatlara son qoyulmasına səs verib
