Kiribati rəsmisi: "Dəniz səviyyəsinin qalxmasından əziyyət çəkirik"
Kiribati dəniz səviyyəsinin qalxması, sahil eroziyası, daşqınlar və quraqlıqlardan əziyyət çəkir.
"Sizinxeber.az" xəbər verir ki, bunu ölkənin mədəniyyət və daxili işlər naziri Harri Tokaiti Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sesssiyası (WUF13) çərçivəsində təşkil olunmuş "İqlim cəbhələrindən hekayələr" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Kiribati Sakit okeanda 33 ibarət kiçik bir dövlətidir və dəniz səviyyəsindən cəmi 3 metr yüksəklikdə yerləşir: "Kiçik ada dövləti olaraq, biz iqlim dəyişikliyinə və ətraf mühit təsirlərinə qarşı çox həssasıq: dəniz səviyyəsinin qalxması, sahil eroziyası, daşqınlar və quraqlıqlar. Duzlu suyun ərazilərimizə nüfuz etməsi icmalarımıza, yaşayışımıza, ərzaq təhlükəsizliyimizə, infrastrukturumuza təsir göstərir. Biz xüsusilə Cənubi Taravada artan şəhərsalma problemləri ilə üzləşirik. Burada sürətli əhali artımı mənzil, sanitariya, su, tullantıların idarə olunması, torpaq və ictimai xidmətlər üçün çətinliklər yaradıb. Eyni zamanda, coğrafi baxımdan ucqar və səpələnmiş vəziyyətdə olmağımız infrastrukturun inkişafını və xidmətlərin çatdırılmasını çətin, bahalı edir. Bütün bu çətinliklərə baxmayaraq, Kiribati daha güclü şəhərsalma, iqlimə uyğunlaşma və regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq vasitəsilə dayanıqlılıq və davamlı icmalar qurmağa sadiq qalır".
Oxşar xəbərlər
Solomon Adaları nümayəndəsi: "Dəniz səviyyəsinin yüksəlməsi əcdadlarımızın torpaqlarını yox edir"
Antonio Quterreş: Kiçik ada dövlətləri ədalətsizliyin önündədir
Umayra Tağıyeva: "Qlobal urbanizasiya iqlim risklərini dərinləşdirir"
Məsud Malik: "İqlim böhranının ən ağır yükünü kasıb insanlar daşıyır"
Ağakərim Səmədzadə: Xəzərin səviyyəsinin aşağı düşməsi ciddi ekoloji təhlükəyə çevrilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
-
ABŞ Senatı ilk dəfə İrana qarşı hərbi əməliyyatlara son qoyulmasına səs verib
