İran XİN rəhbəri Əraqçi ABŞ-a dəvət olunub
sizinxeber.az xəbər saytı

İran XİN rəhbəri Əraqçi ABŞ-a dəvət olunub


İran xarici işlər naziri Abbas Əraqçi Nyu-Yorka dəvət olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə ISNA İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqaiyə istinadən məlumat yayıb.

Bəqai Çinin BMT Təhlükəsizlik Şurasına dövri sədrliyi çərçivəsində beynəlxalq sülh və təhlükəsizlik məsələlərinə dair xarici işlər nazirlərinin xüsusi iclasının keçiriləcəyini bildirib.

Onun sözlərinə görə, İranın xarici işlər naziri Abbas Əraqçi də sözügedən iclasa dəvət olunub.

Bəqai bildirib ki, BMT Təhlükəsizlik Şurasının açıq iclasının mayın 26-da keçirilməsi nəzərdə tutulur, lakin İran XİN rəhbərinin iclasda iştirakı sıx iş qrafiki səbəbindən hələlik dəqiqləşməyib.

Oxşar xəbərlər

Əraqçi Nyu-Yorkda BMT-nin iclasına dəvət olunub
İran XİN rəhbəri BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək
Abbas Araqçi sabah Ermənistana səfər edəcək
İran XİN rəhbəri Hindistana səfər edəcək
XİN: İran üçün Cənubi Qafqazda təhlükəsizlik vacibdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər